Siyavuş Novruzov: "Bütün problemləri Mərkəzi Bank həll etməlidir"

Siyavuş Novruzov: "Bütün problemləri Mərkəzi Bank həll etməlidir" Komitə sədri: "Bunu etməkdənsə həmin vəsaiti vətəndaşların problemlərinin həll edilməsinə xərcləyərdilər"
Daxili siyasət
29 Dekabr , 2015 12:56
Siyavuş Novruzov: Bütün problemləri Mərkəzi Bank həll etməlidir

Bakı. 29 dekabr. REPORT.AZ/ “Azərbaycan neft gəlirlərindən ən gözəl istifadə edən ölkədir. Ona görə də heç bir israfçılığa yol verməmişik”. “Report” xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov parlamentin bugünkü plenar iclasında manatın devalvasiyası ilə bağlı müzakirələrdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Mərkəzi Bank manatın məzənnəsinin sabit saxlanması üçün davamlı olaraq 2 milyard vəsait xərcləyib: “Bunu etməkdənsə həmin vəsaiti vətəndaşların problemlərinin həll edilməsinə xərcləyərdilər. Yəni bütün problemləri Mərkəzi Bank həll etməlidir. Çünki bank öz potensialından kifayət qədər istifadə edə bilər. Eyni zamanda, əldə etdikləri gəlirləri ortaya qoyub bu problemi həll edə bilərlər”.

Son xəbərlər

Orphus sistemi