Siyavuş Novruzov: Antimilli şura üzvləri toyuq oğrularını siyasi məhbus kimi cəmiyyətə sırımaq istəyirlər

Siyavuş Novruzov: Antimilli şura üzvləri toyuq oğrularını siyasi məhbus kimi cəmiyyətə sırımaq istəyirlər O insanlara sanksiya tətbiq olunması tələb edilir ki, həmin insanlar ləyaqətlə Azərbaycan dövlətçiliyinə, xalqına xidmət edirlər, ermənilərə qarşı mübarizə aparıblar.
Daxili siyasət
7 May , 2024 12:49
Siyavuş Novruzov: Antimilli şura üzvləri toyuq oğrularını siyasi məhbus kimi cəmiyyətə sırımaq istəyirlər

Antimilli şura üzvləri toyuq oğrularını siyasi məhbus kimi cəmiyyətə sırımaq istəyirlər.

“Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov deyib.

Deputatın sözlərinə görə, o insanlara sanksiya tətbiq olunması tələb edilir ki, həmin şəxslər ləyaqətlə Azərbaycan dövlətçiliyinə, xalqına xidmət edirlər, ermənilərə qarşı mübarizə aparıblar.

Komitə sədri bildirib ki, ata və anasını tanımayan istər Benilüks ölkələrinin, istərsə də Fransanın deputatları, o cümlədən ölkəmizi xəritədə tapa bilməyən ABŞ Konqresinin üzvləri Azərbaycanda hansısa hakimlərin, müstəntiqlərin adlarını əzbərləyərək müəyyən sanksiyalar siyahısına salınmasını təklif edirlər.

"Burada oturanların əksəriyyəti heç o adamların ad-soyadını bilmir. Hakimləri təyin etdiyimizə görə səs veririk və bəzilərini tanıyırıq. Bu gün Azərbaycandan donos verən, məlumat ötürən o şəxslər - antimilli şura üzvləri, tiktoker Əli Kərimli, onun dəstəsi və digərləri özlərinin üzvü olan valyuta dəllallarını, ev alverçilərini, toyuq oğrularını siyasi məhbus kimi təqdim edərək cəmiyyətə sırımaq istəyirlər. Yaxud xaricdən maliyyə alıb Azərbaycan əleyhinə iş aparan jurnalistlər Azərbaycan dövlətinə, Ordusuna qarşı qarayaxma ilə məşğuldurlar", - S.Novruzov vurğulayıb.

Son xəbərlər

Orphus sistemi