Şimal bölgəsində səsvermə prosesini beynəlxalq və yerli müşahidəçilər izləyir - FOTO

Şimal bölgəsində səsvermə prosesini beynəlxalq və yerli müşahidəçilər izləyir - FOTO Bütün məntəqələrdə sakinlərin səsvermələri üçün lazımi şərait yaradılıb
Daxili siyasət
26 Sentyabr , 2016 15:36
Şimal bölgəsində səsvermə prosesini beynəlxalq və yerli müşahidəçilər izləyir - FOTO

Quba. 26 sentyabr. REPORT.AZ/ Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayonlarında fəaliyyət göstərən Dairə Seçki Komissiyalarında (DSK) bu saata qədər heç bir qanun pozuntusu qeydə alınmayıb.

"Report"un Şimal bürosunun məlumatına görə, Qusar rayonunda seçicilər səsvermədə fəal iştirak edir. Bütün məntəqələrdə sakinlərin səsvermələri üçün lazımi şərait yaradılıb və bu saata qədər hər hənası bir qanun pozuntusu qeydə alınmayıb.

51 saylı Qusar DSK üzrə saat 12:00-a olan məlumatlara görə, 16 830 nəfər səsvermədə iştirak edib ki, bu da dairə üzrə ümumi seçicilərin 35,8 faizini təşkil edir.

52 saylı Quba DSK üzrə saat 12:00-a qədər 15 251 nəfər səsvermədə iştirak edib, bu da DSK üzrə seçicilərin 33.8 faizini təşkil edir.

53 saylı Quba-Qusar DSK üzrə saat 12:00-a olan məlumata görə, 15 484 seçicisi səsvermədə iştirak edib ki, bu da DSK üzrə seçicilərin 32.5 faiz təşkil edir.

54 saylı Şabran-Siyəzən DSK üzrə saat 12:00-a qədər 16 484 nəfər səsvermədə iştirak edib ki, bu da dairə üzrə seçicilərin 32.1 faizini təşkil edir.

55 saylı Xaçmaz şəhər DSK üzrə saat 12:00-a qədər 14 680 nəfər səsvermədə iştirak edib ki, bu da dairə üzrə seçicilərin 33,4 faizini təşkil edir.

56 saylı Xaçmaz kənd DSK üzrə isə saat 12:00-a qədər 15 525 seçici səsvermədə iştirak edib. Bu da dairə üzrə seçicilərin 33,9 faizini təşkil edir. 

Səsvermə prosesini yerli və beynəlxalq müşahidəçilər izləyirlər.

Son xəbərlər

Orphus sistemi