​Sərdar Cəlaloğlu: "Seçkiyə Müsavat Partiyası ilə getməyi düşünürük"

​Sərdar Cəlaloğlu: "Seçkiyə Müsavat Partiyası ilə getməyi düşünürük" "Bəzi partiyalar tələsdilər, Müsavatsız və bizsiz qərar qəbul etdilər"
Daxili siyasət
23 Yanvar , 2015 15:30
​Sərdar Cəlaloğlu: Seçkiyə Müsavat Partiyası ilə getməyi düşünürük

Bakı. 23 yanvar. REPORT.AZ/ "Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzində Müsavat Partiyası blok yaradılması ilə bağlı bir qədər vaxt istədi. Amma bəzi partiyalar tələsdilər, Müsavatsız və bizsiz qərar qəbul etdilər. Yəqin nə isə planları, təəssüratları var ki, bu cür addım atdılar. Onlara uğurlar arzu edirəm".

Bunu "Report"a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. O, hazırda Müsavat Partiyası ilə danışıqların aparılmasının vacibliyini vurğulayıb: "Hesab edirəm ki, real güclərin bir blokda olması vacibdir. Müsavat Partiyası ilə seçki sahəsində əməkdaşlıq etmək lazımdır. Biz bu partiya ilə danışıqlar aparıb, seçkiyə getməliyik. Hazırda isə Müsavat Partiyasının mövqeyi bəlli deyil, ona görə də konkret nəsə demək olmur. ADP partiyalarla danışıq aparmır, çünki partiyaların bir qismi blok şəklində, digər qismi də Milli Şurada toplaşıb. Biz Milli Şura ilə seçkiyə getməyi düşünmürük. Yalnız Müsavatla danışıq aparmaq mümkündür".

Xatırladaq ki, Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzində təmsil olunan 6 partiya - Klassik Xalq Cəbhəsi Partiyası (KXCP), Azadlıq Partiyası, Azərbaycan Xalq Partiyası (AXP), Böyük Azərbaycan Partiyası (BAP), Azad Demokratlar Partiyası (AzDP) və Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) parlament seçkilərində iştirak etmək məqsədilə blok yaradıblar.

Son xəbərlər

Orphus sistemi