Azərbaycanda deputat seçilən keçmiş məmurun yerinə təyinat olub

Azərbaycanda deputat seçilən keçmiş məmurun yerinə təyinat olub Bu vəzifəyə Şəmkir rayonunda yerləşən Heydər Əliyev Mərkəzinin direktoru təyin edilib
Daxili siyasət
15 Dekabr , 2015 15:57
Azərbaycanda deputat seçilən keçmiş məmurun yerinə təyinat olub

Bakı. 15 dekabr. REPORT.AZ/ Şəmkir Rayon İcra Hakimiyyətində yeni kadr təyinatı olub. "Report" xəbər verir ki, Məleykə Əlizadə rayon icra hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini təyin edilib. 

Bununla bağlı sərəncamı Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov imzalayıb. 

M.Əlizadə rayon icra hakimiyyəti başçısının müavini təyin edilənədək Şəmkirdəki Heydər Əliyev Mərkəzinin direktoru işləyib.  

Xatırladaq ki, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Sona Əliyeva noyabrın 1-də keçirilən parlament seçkilərində deputat seçilib. Azərbaycan qanunvericiliyinə görə, Milli Məclisin deputatı dövlət qurumlarında vəzifə tuta bilməz. Ona görə də Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov bir müddət əvvəl S.Əliyevanı müavin vəzifəsindən azad edib. 

Son xəbərlər

Orphus sistemi