Səhiyyə Nazirliyi ilk dəfə referendum üzrə MSK ilə əməkdaşlığa başlayıb

Səhiyyə Nazirliyi ilk dəfə referendum üzrə MSK ilə əməkdaşlığa başlayıb Referendumla əlaqədar seminar-müşavirə keçirib
Daxili siyasət
8 Sentyabr , 2016 11:30
Səhiyyə Nazirliyi ilk dəfə referendum üzrə MSK ilə əməkdaşlığa başlayıb

Bakı. 8 sentyabr. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyası (MSK) Səhiyyə Nazirliyi ilə birgə referendumla əlaqədar seminar-müşavirə keçirib. 

"Report"un xəbərinə görə, tədbirdə MSK üzvləri, Səhiyyə Nazirliyinin rəsmiləri, MSK katibliyinin aidiyiyyəti struktur bölmələrinin əməkdaşları müvafiq idarə və məntəqə seçki komissiyalarının sədrləri, eləcə də KİV nümayəndələri iştirak edib.

MSK sədrinin müavini Natiq Məmmədov bildirib ki, tədbir səhhəti ilə bağlı seçicilərin müvəqqəti olduqları yerlərdə səs verməsinin təşkilinə dair məsələlərə həsr olunub: "Səhiyyə müəssisələrində nə qədər xəstə tutumunun müəyyən edilməsi əsas işdir. Seçki hüququna malik olan seçicilərin yerlərinin dəyişdirilməsi məsələsinə xüsusi önəm verilməlidir. Əsas hədəf bəlli sayda seçicilərin aktla tanış olması və səsvermə hüququndan yararlanmasıdır".

Səhiyyə nazirinin müavini Elsevər Ağayev qeyd edib ki, ilk dəfə olaraq referendumla bağlı MSK ilə birgə əməkdaşlıq edilir: "Bakıda 11 dairədə 22 məntəqə seçki komissiyasının 18-də komissiya sədri səhiyyə işçiləridir. Seçicilərin də siyahısı hazırlanıb. Səhhəti ilə əlaqədar insanlar məskunlaşdıqları yeri müvəqqəti də olsa dəyişə bilirlər. Lakin onların da səsvermə hüquqlarını təmin etmək üçün üzərimizə düşən işləri lazımi şəkildə həyata keçirəcəyik".

Son xəbərlər

Orphus sistemi