Səfir: "Küveytli sahibkarlar Azərbaycana sərmayə qoymaqda maraqlıdır"

Səfir: "Küveytli sahibkarlar Azərbaycana sərmayə qoymaqda maraqlıdır" Küveytin Azərbaycandakı səfiri Dövlət Miqrasiya Xidmətinin rəisi ilə görüşüb
Daxili siyasət
6 Oktyabr , 2015 19:58
Səfir: Küveytli sahibkarlar Azərbaycana sərmayə qoymaqda maraqlıdır

Bakı. 6 oktyabr. REPORTY.AZ/ Bu gün Küveyt dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi Dövlət Miqrasiya Xidmətində olub. 

DMX-dən "Report"a verilən məlumata görə, görüşdə Xidmətin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Azərbaycanla Küveyt arasında olan dostluq münasibətlərindən danışıb. Görüşdə hər iki ölkə vətəndaşlarının qarşılıqlı səfərlərinin artmasının dövlətlər arasında əməkdaşlığın yüksək nümunəsi kimi qiymətləndirilib.

Səfir Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi Azərbaycanın sürətli inkişafından, abadlıq-quruculuq işlərindən məmnunluqla söhbət açıb, təmsil etdiyi ölkənin ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduğunu qeyd edərək, bir neçə ay əvvəl “Azərbaycan Respublikası və Küveyt Dövləti arasında hava əlaqəsi haqqında Saziş”in layihəsinin müvafiq qaydada razılaşdırıldığını qeyd edib və tezliklə ölkələrimiz arasında müntəzəm uçuşların yerinə yetirilməsinə başlanılacağına ümidvar olduğunu bildirib. Diplomat Küveytdən çox sayda turistin ölkəmizə gəldiyini, küveytli sahibkarların Azərbaycana sərmayə qoymaqda maraqlı olduğunu diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi