Seçkilərlə bağlı araşdırmanın təqdimatı keçirilib

Seçkilərlə bağlı araşdırmanın təqdimatı keçirilib Tədbirdə siyasi partiyaların liderləri, vətəndaş cəmiyyəti təmsilçiləri və diplomatik korpusun nümayəndələri iştirakı ediblər
Daxili siyasət
18 Avqust , 2015 17:46
Seçkilərlə bağlı araşdırmanın təqdimatı keçirilib

Bakı. 18 avqust. REPORT.AZ/ Demokratik Təşəbbüslər İnstitutu “Seçkilərə dair qanunvericiliyin analizi: beynəlxalq normalar, problemlər və perspektivlər” adlı araşdırmanın təqdimatını keçirib.

"Report"un məlumatına görə, tədbirdə siyasi partiyaların liderləri, vətəndaş cəmiyyəti təmsilçiləri və diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən insititutun sədri, Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Akif Qurbanov deyib ki, bu araşdırmada ölkədə keçirilən seçkilər əhatə olunub və obyektiv nəticə ortaya çıxıb.

Seçkidə iştirak edən namizədlərin qeydiyyatı prosesinə toxunan A.Qurbanov qeyd edib ki, burada qeydiyyat üçün sənədlərin düzgünlüyünü yoxlayan işçi qrupunun tərkibi müstəqil ekspertlərdən ibarət təşkil edilməli, komissiya üzvlərinin bu qrupda iştirakı qadağan edilməli, qeydiyyatdan imtinanın əsasları konkret olmalı və qeydiyyatın alternativ variantı kimi qeydiyyat depoziti təkrar tətbiq olunmalıdır.

Ekspert Ələsgər Məmmədli xatırladıb ki, Azərbaycanda son 24 ildə 21 seçki keçirilib, hazırlanan araşdırma həmin seçkiləri əhatə edib.

Ə.Məmmədli qeyd edib ki, Azərbaycanda siyasi partiyaların rolu getdikcə azalır.

Tədbirin davamında araşdırma ilə bağlı siyasi partiya nümayəndələrinin fikirləri dinlənilib.

Son xəbərlər

Orphus sistemi