Binəqədidə yanan binanın sakinlərinin yanmış sənədlərinin bərpası məqsədilə qərargah yaradılıb

Binəqədidə yanan binanın sakinlərinin yanmış sənədlərinin bərpası məqsədilə qərargah yaradılıb Sakinlər pasportlarını almaq üçün polis orqanlarına zəng edə bilərlər
Daxili siyasət
21 May , 2015 18:25
Binəqədidə yanan binanın sakinlərinin yanmış sənədlərinin bərpası məqsədilə qərargah yaradılıb

Bakı. 21 may. REPORT.AZ/ Bakının Binəqədi rayonu ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasının sakinlərinin yanmış sənədlərinin bərpası məqsədilə 5-ci Polis Bölməsində müvafiq qərargah yaradılıb. "Report" xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Yanğın baş vermiş binanın sakinləri məhv olmuş şəxsiyyət vəsiqələrinin və ümumvətəndaş pasportlarının alınması üçün həftənin bütün günləri saat 9.00-dan 19.00-dək (nahar fasiləsi olmadan) Binəqədi RPİ-nin 5-ci Polis Bölməsindəki müvafiq qərargaha müraciət və aşağıdakı telefonlara adları çəkilən polis orqanlarına zəng edə bilərlər:

(012) 590-64-33 - Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin "Qaynar xətti";

(012) 563-56-97 - Binəqədi Rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi şöbəsi;

(012) 406-02-02 - Binəqədi Rayon Polis İdarəsinin Növbətçi hissəsi;

(012) 436-05-02 - Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi.

Son xəbərlər

Orphus sistemi