Sabirabadda Gənclər Günü qeyd edilib

Sabirabadda Gənclər Günü qeyd edilib Sabirabad rayonunda 2 fevral - Gənclər günü münasibəti ilə tədbir keçirilib.
Daxili siyasət
2 Fevral , 2022 23:56
Sabirabadda Gənclər Günü qeyd edilib

Sabirabad rayonunda 2 fevral - Gənclər günü münasibəti ilə tədbir keçirilib.

"Report"un Muğan bürosu xəbər verir ki, tədbir Sabirabad rayon Mədəniyyət Mərkəzində təşkil olunub.

Tədbirdə rayon rəhbərliyi, Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının rəsmiləri, rayonda fəaliyyət göstərən dövlət orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, gənclər iştirak ediblər.

İlk öncə Sabirabad rayon Gənclər və idman idarəsinin “Gənclər həftəsi” çərçivəsində həyata keçirdiyi tədbirlərdən bəhs edən videoçarx iştirakçılara nümayiş olunub.

Daha sonra tədbirdə çıxış edənlər Gənclər Günü münasibətilə gəncləri təbrik edib, Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən ölkəmizdə gənclərlə bağlı həyata keçirilən mütərəqqi dövlət siyasətindən danışıblar.

Tədbirin davamında Gənclər Gününün təsis edilməsinin 25 illiyi münasibətilə Sabirabad rayonun ictimai-siyasi həyatında fəallıq göstərən 10 gənc müxtəlif nominasiyalar üzrə diplomlarla təltif olunublar.

Bədii hissədə Sabirabad Regional Mədəniyyət İdarəsi tərəfindən təşkil edilən konsert proqramı nümayiş olunub. Konsert proqramında idarənin xidməti əhatəsindəki mədəniyyət müəssiəslərinin əməkdaşlarının ifasında müxtəlif musiqi nümunələri səsləndirilib.

Son xəbərlər

Orphus sistemi