​Sabah Azərbaycanda amnistiya aktı qüvvəyə minəcək

​Sabah Azərbaycanda amnistiya aktı qüvvəyə minəcək Sənəd 10 min nəfərə şamil ediləcək, 3500 nəfər azadlığa buraxılacaq
Daxili siyasət
14 İyun , 2016 09:09
​Sabah Azərbaycanda amnistiya aktı qüvvəyə minəcək

Bakı. 14 iyun. REPORT.AZ/ Sabah 28 May – Respublika günü münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin (MM) qərarı qüvvəyə minəcək.

"Report"un xəbərinə görə, amnistiya aktının icra müddəti 4 aydır.

Amnistiya aktı, ümumilikdə, 10 min nəfərə şamil ediləcək, 3500 nəfər azadlığa buraxılacaq.

Amnistiya aktının qəbul edilməsi təşəbbüsü ilə Azərbaycanın birinci xanımı, MM-in deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva çıxış edib. Milli Məclis həmin aktı qəbul edib.

Son xəbərlər

Orphus sistemi