Saatlı rayonunda Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan tədbir keçirilib.
"Report"un məlumatına görə, tədbirdə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra çıxış edənlər soyqırımı barəsində geniş məlumat veriblər. Qeyd olunub ki, XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımını xalqımız tərəfindən heç vaxt unudulmur.
Sonda Xocalı soyqırımına aid kitab və fotolardan ibarət sərgiyə baxış keçirilib.