Saatlıda Vətən müharibəsi şəhidinin adına bulağın açılışı olub.
"Report"un Muğan bürosunun məlumatına görə, şəhid Məmmədov Anar Zahəddin oğlunun əziz xatirəsini əbədiləşdirmək məqsədilə rayonun Mustafabəyli kəndində inşa olunan "Anar Bulağı"nın açılış mərasimi keçirilib.
Mərasimdə şəhidin yaxınları, rayon ictimaiyyətinin nümayəndələri, qazilər, məktəblilər iştirak edib.
Qeyd edək ki, şəhid Anar Məmmədov 1992-ci ildə anadan olub. O, 2020-ci il oktyabrın 17-də Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalıb. A.Məmmədov "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.