Saatlı rayonunda Gənclər Günü ilə bağlı tədbir keçirilib.
"Report"un Muğan bürosunun məlumatına görə, tədbirdə Saatlı rayon icra hakimiyyəti aparatının, YAP rayon təşkilatının, rayon Gənclər və idman idarəsinin, Saatlı Gənclər evi sosial xidmət müəssisəsinin, rayon Təhsil şöbəsinin və rayonun digər dövlət qurumlarının məsul əməkdaşları, QHT və ictimaiyyət nümayəndələri, gənc səhiyyə və mədəniyyət işçiləri, ziyalılar, şəhid ailələri, qazilər, Vətən müharibəsi veteranları iştirak edib.
Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı ilə Azərbaycan gəncliyinin ölkəmizin öz ərazi bütövlüyünü bərpa etdiyini, düşmənin doğma torpaqlarımızdan qovaraq tarixi missiyanın yerinə yetirildiyini bildiriblər.
Sonda aktiv rayon gənclərinə fəxri fərman təqdim edilib.