Robert Sekuta: "Azərbaycan hökuməti insan alverinə qarşı mübarizədə ABŞ-la tərəfdaşlıq edir"

Robert Sekuta: "Azərbaycan hökuməti insan alverinə qarşı mübarizədə ABŞ-la tərəfdaşlıq edir" "Biz Azərbaycan hökumətinə insan alverinə qarşı mübarizədə səylərini əsirgəmədiyinə görə təşəkkürümüzü bildiririk"
Daxili siyasət
17 Sentyabr , 2015 20:22
Robert Sekuta: Azərbaycan hökuməti insan alverinə qarşı mübarizədə ABŞ-la tərəfdaşlıq edir

Bakı. 17 sentyabr. REPORT.AZ/ Azərbaycan hökuməti insan alverinə qarşı mübarizədə ABŞ-la tərəfdaşlıq edir. "Report"un məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta bildirib.

Onun sözlərinə görə, neçə illər keçməsinə baxmayaraq, insanlar hələ də qul kimi işlədilir: "Analoji faktlara hər bir ölkədə rast gəlinir. Biz Azərbaycan hökumətinə insan alverinə qarşı mübarizədə səylərini əsirgəmədiyinə görə təşəkkürümüzü bildiririk. Bu məsələ Azərbaycan qanunvericiliyində də öz təsbitini tapıb və ölkədə insan alverinə qarşı mübarizə sahəsində bir sıra tədbirlər həyata keçirilib". 

Son xəbərlər

Orphus sistemi