​Vurğun Əyyub: "Müsavat rəhbərliyinin qərarları məni maraqlandırmır"

​Vurğun Əyyub: "Müsavat rəhbərliyinin qərarları məni maraqlandırmır" "Nizamnaməyə zidd qərarlar, mövqelər partiyanı zəiflədir"
Daxili siyasət
31 Mart , 2015 14:58
​Vurğun Əyyub: Müsavat rəhbərliyinin qərarları məni maraqlandırmır

Bakı. 31 mart. REPORT.AZ/ "Müsavat Partiyasının indiki rəhbər orqanlarını legitim hesab etmirəm. Buna görə də onların verdiyi hər hansı qərar mənim üçün maraqlı deyil. Verilən qərarların nə məsuliyyətini daşıyıram, nə də özümü düzgün hesab etmədiyim qərarların icrasına məsul hesab edirəm".

Bunu "Report"a açıqlamasında Müsavat Partiyasının üzvü, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı sədrinin I müavini Vurğun Əyyub deyib.

O bildirib ki, Müsavat rəhbərliyinin Nizamnaməyə zidd qərarları, mövqeləri partiyanı zəiflədir: "Bir-birlərinin ünvanına söz atmacalarını da qəbul etmirəm. Ünvanıma deyilən yerli-yersiz tənqidləri, iftiraları, yalanları da cavablandırmaq niyyətim yoxdur. Bir sözlə, onlara baş qoşmaq fikrində deyiləm. Nizamnaməyə əməl olunmaması partiyanı gücdən salır".

Qeyd edək ki, Müsavatın Suraxanı rayon təşkilatı ilin sonunda keçirilməsi nəzərdə tutulan parlament seçkilərində 30 saylı Suraxanı Birinci Seçki Dairəsindən V.Əyyubun namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edib. Bu qərar partiya rəhbərliyi ilə təşkilat arasında münasibətlərin daha da kəskinləşməsinə səbəb olub. 

Son xəbərlər

Orphus sistemi