Referendumla əlaqədar seçki dairəsinin ərazisində müşahidə aparılmasına dair ərizələrin təqdim edilməsi müddəti başa çatıb

Referendumla əlaqədar seçki dairəsinin ərazisində müşahidə aparılmasına dair ərizələrin təqdim edilməsi müddəti başa çatıb Ərizələr səsvermənin keçirilməsinə 5 gün qalanadək təqdim edilməlidir
Daxili siyasət
21 Sentyabr , 2016 09:46
Referendumla əlaqədar seçki dairəsinin ərazisində müşahidə aparılmasına dair ərizələrin təqdim edilməsi müddəti başa çatıb

Bakı. 21 sentyabr. REPORT.AZ/ Referendumla əlaqədar seçki dairəsinin ərazisində müşahidə aparılmasına dair ərizələrin dairə seçki komissiyasına təqdim edilməsi müddəti bu gün - sentyabrın 21-də başa çatıb.

"Report"un xəbərinə görə, müşahidə aparılmasına dair ərizələri aktiv seçki hüququna malik Azərbaycan vətəndaşı (öz təşəbbüsü ilə, referendum üzrə təşviqat qrupunun, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında) təqdim edə bilər.

Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsinin (referendum) hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, seçki dairəsinin ərazisində müşahidə aparılmasına dair ərizələr referendumun təyin edildiyi gündən başlayaraq səsvermənin keçirilməsinə 5 gün qalanadək müvafiq seçki dairəsinin dairə seçki komissiyasına təqdim edilməlidir.

Son xəbərlər

Orphus sistemi