Referendumla bağlı Azərbaycan polisi sabahdan gücləndirilmiş iş rejiminə keçəcək

Referendumla bağlı Azərbaycan polisi sabahdan gücləndirilmiş iş rejiminə keçəcək Ramil Usubov əmr imzalayıb
Daxili siyasət
23 Sentyabr , 2016 11:02
Referendumla bağlı Azərbaycan polisi sabahdan gücləndirilmiş iş rejiminə keçəcək

Bakı. 23 sentyabr. REPORT.AZ/ Azərbaycan polisi referendumla əlaqədar sabahdan – sentyabrın 24-dən gücləndirilmiş iş rejiminə keçəcək.

“Report”un xəbərinə görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Ramil Usubov əmr imzalayıb.

Əmrlə, ölkə polisi sentyabrın 24-dən 29-dək gücləndirilmiş iş rejimində işləyəcək.

Qeyd edək ki, Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə sentyabrın 26-na ümumxalq səsverməsi (referendum) təyin edilib.

Son xəbərlər

Orphus sistemi