Bakı. 2 mart. REPORT.AZ/ Müsavat Partiyasının Səbail Rayon Təşkilatının hesabat-seçki yığıncağı keçirilib.
Partiya başqanının müavini Elman Fəttahın "Report"a verdiyi məlumata görə, iclasda təşkilatın strukturları formalaşıb. Partiya Nizamnaməsinə uyğun olaraq, təşkilata yeni sədr Dadaş Əhmədov seçilib. Bundan əlavə, iclasda təşkilatın Nəzarət-Təftiş Komissiyasına, Şurasına seçkilər keçirilib.