Ramil Usubov vətəndaşları qəbul edib

Ramil Usubov vətəndaşları qəbul edib Nazir Baş İdarə, idarə və ərazi polis orqanlarının rəislərinə konkret tapşırıqlar verib
Daxili siyasət
30 May , 2015 16:32
Ramil Usubov vətəndaşları qəbul edib

Bakı. 30 may. REPORT.AZ/ Daxili işlər naziri, general-polkovnik Ramil Usubov mayın 30-da Bərdə Rayon Polis Şöbəsində polis orqanlarının fəaliyyəti ilə bağlı məsələlərlə əlaqədar növbəti qəbul keçirib. Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Qəbulda Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd, Goranboy, Naftalan, Xocalı şəhər və rayonlarından olan sakinlərin, həmçinin qaçqın və məcburi köçkünlərin bir qrupu iştirak edib.

Nazir vətəndaşları narahat edən problemlərin operativ, qanunvericiliyə uyğun şəkildə həlli üçün tədbirdə iştirak edən nazirliyin aidiyyəti Baş İdarə, idarə və müvafiq ərazi polis orqanlarının rəislərinə konkret tapşırıqlar verib. Polis fəaliyyətinə aid olan müraciətlərin böyük əksəriyyəti yerindəcə öz həllini tapıb, digər ərizələrin müvafiq dövlət qurumlarına göndəriləcəyi diqqətə çatdırılıb.

Eyni zamanda, kütləvi informasiya vasitələrində öncədən verilmiş elanlara uyğun olaraq, həmin şəhər və rayonlarda yaşayan, polisin sıravi və kiçik rəis heyəti vəzifələrində və Daxili Qoşunların sıralarında xidmət etmək arzusunda olan 930 nəfər qəbulda iştirak edib. Onların arasından xidmətə daha yararlı və hazırlıqlı 100 gənc seçilib və sənədlərinin hazırlanması üçün aidiyyəti xidmətlərin rəhbərlərinə müvafiq göstəriş verilib.

Son xəbərlər

Orphus sistemi