Ramil Usubov 6 rayonun polis rəislərinə tapşırıqlar verib

Ramil Usubov 6 rayonun polis rəislərinə tapşırıqlar verib Nazir Daxili Qoşunlarda xidmət etmək istəyən 240-a yaxın gəncdən 46 namizəd seçib
Daxili siyasət
11 İyul , 2015 13:49
Ramil Usubov 6 rayonun polis rəislərinə tapşırıqlar verib

Bakı. 11 iyul. REPORT.AZ/ Daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu gün Quba Rayon Polis Şöbəsində vətəndaşları qəbul edib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı şəhər və rayonlarının qəbul üçün müraciət edən sakinləri ilə görüşən nazir onları narahat edən problemlərin qanunvericiliyə uyğun və operativ şəkildə həlli üçün konkret tapşırıqlar verib. Polis fəaliyyəti ilə bağlı olan müraciətlərin əksəriyyəti elə yerindəcə öz həllini tapıb, digərlərinin aidiyyəti qurumlara göndəriləcəyi diqqətə çatdırılıb.

Bununla yanaşı, kütləvi informasiya vasitələrində öncədən verilmiş elanlara uyğun olaraq, həmin şəhər və rayonlarda yaşayan, polisin sıravi və kiçik rəis heyəti vəzifələrində, Daxili Qoşunların sıralarında xidmət etmək istəyən 240-a yaxın gənc də qəbulda iştirak edib. Onların arasından xidmətə daha hazırlıqlı olan 46 namizəd seçilərək sənədlərinin hazırlanması üçün aidiyyəti baş idarələrin rəhbərlərinə müvafiq göstəriş verilib.

Qəbulda iştirak edənlər yerlərdə vətəndaşlarla dövlət məmurlarının görüşmələri, onların müraciətlərinə, ərizə və şikayətlərinə operativ, həssaslıqla yanaşılması barədə dövlət başçısının məlum tapşırığının yüksək səviyyədə icrasına, problemlərinə hər zaman xüsusi diqqət və qayğı göstərilməsinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Son xəbərlər

Orphus sistemi