Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib.
Daxili siyasət
1 May , 2024 19:15
Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib.

"Report" xəbər verir ki, Nərimanov Rayon məhkəməsində keçirilən prosesdə vəsatətə baxılıb və təmin olunması barədə qərar çıxarılıb.

Xatırladaq ki, Qubad İbadoğlu aprelin 22-də Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, Qubad İbadoğlu ötən ilin iyul ayında həbs edilib. O, ilk olaraq Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Daha sonra ona qarşı Cinayət Məcəlləsinin 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə yeni ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi