​Qubad İbadoğlunun tərəfdarları Müsavatın mitinqində iştirak edib-etməməklə bağlı qərar qəbul edəcək

​Qubad İbadoğlunun tərəfdarları Müsavatın mitinqində iştirak edib-etməməklə bağlı qərar qəbul edəcək Ellada Məmmədli: "Şəxsən mən mitinqdə iştirak edəcəm"
Daxili siyasət
27 Noyabr , 2014 15:26
​Qubad İbadoğlunun tərəfdarları Müsavatın mitinqində iştirak edib-etməməklə bağlı qərar qəbul edəcək

Bakı. 27 noyabr. REPORT.AZ/ "Şəxsən mən mitinqdə iştirak edəcəyəm. Çünki siyasi məhbuslarla bağlı mitinqə qoşulmamaq düzgün olmaz".

Bunu "Report"a açıqlamasında Müsavat Partiyası Qadınlar Birliyinin sədri Ellada Məmmədli deyib. O, bütövlükdə başqanlığa sabiq namizəd Qubad İbadoğlunun tərəfdarlarının hələlik mitinqdə iştirak edib-etməməklə bağlı qərar vermədiklərini qeyd edib: "Qubad bəyin tərəfdarları mitinqdə iştirakla bağlı yaradılan işçi qrupunda müzakirə aparıb qərar verəcəklər".

Qeyd edək ki, Müsavat Partiyası 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü ilə əlaqədar dekabrın 14-də mitinq keçirilməsinə yer ayrılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edib. Mitinqin keçmiş "Məhsul" stadionunda keçirilməsi planlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi