Qubad İbadoğlu İsa Qəmbərin rəhbərlik etdiyi Mərkəzdən çıxıb

Qubad İbadoğlu İsa Qəmbərin rəhbərlik etdiyi Mərkəzdən çıxıb O, Mərkəzdən çıxma səbəblərinə də aydınlıq gətirib
Daxili siyasət
4 Aprel , 2015 14:01
Qubad İbadoğlu İsa Qəmbərin rəhbərlik etdiyi Mərkəzdən çıxıb

Bakı. 4 aprel. REPORT.AZ/ Müsavat Partiyasından kənarlaşdırılan başqanlığa sabiq namizəd, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu Müsavatın sabiq başqanı İsa Qəmbərin sədri olduğu Milli Strateji Düşüncə Mərkəzindən çıxıb.

“Report”un xəbərinə görə, Q.İbadoğlu bu barədə “facebook” sosial şəbəkəsindəki səhifəsində məlumat verib. O, Mərkəzdən çıxma səbəblərinə də aydınlıq gətirib: “2014-cü ilin sentyabr ayından indiyə qədər Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) məşvərət heyətinin toplantılarında iştirak etmirəm və MSDM-nin bundan sonrakı iclaslarına da qatılmaq fikrində deyil. Odur ki, bu təşkilatdan və onun məşvərət heyətindən çıxdığımı bildirirəm”.

Son xəbərlər

Orphus sistemi