​Qubad İbadoğlu: "Ellada Məmmədlinin Müsavatdan çıxarılması partiyada mənəvi dəyərlərin arxa plana keçdiyini göstərdi"

​Qubad İbadoğlu: "Ellada Məmmədlinin Müsavatdan çıxarılması partiyada mənəvi dəyərlərin arxa plana keçdiyini göstərdi" "Bu, partiya rəhbərliyini mənimsəmiş şəxslərin digər naqisliklərini üzə çıxardı"
Daxili siyasət
19 May , 2015 10:41
​Qubad İbadoğlu: Ellada Məmmədlinin Müsavatdan çıxarılması partiyada mənəvi dəyərlərin arxa plana keçdiyini göstərdi

Bakı. 19 may. REPORT.AZ/ Müsavat Partiyasından kənarlaşdırılan başqanlığa sabiq namizəd, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu Müsavat Qadınlar Birliyinin sədri Ellada Məmmədlinin partiyadan xaric edilməsinə münasibət bildirib.

Qubad İbadoğlu "Report"a açıqlamasında deyib ki, Ellada Məmmədlinin Müsavatdan çıxarılması : "Nizamnamə pozuntusu ilə verilən bu qərarla təsdiq olundu ki, partiya içində qisasçılıq hissi o qədər genişlənib ki, artıq yuxarıların göstərişi ilə aşağı səviyyəli idarəçilikdə də bu yanaşma əsas xətti təşkil etməyə başlayıb. Bu qərar partiya idarəçiliyində yalnız siyasi mədəniyyətin deyil, həm də mənəvi dəyərlərin arxa plana keçdiyini göstərdi. Partiyanın bu qərarı yalnız prinsipial mövqeyi və yetkin siyasi təcrübələri ilə başqalarından fərqlənən, bizimlə bərabər on illərlə ağır yükü zərif çiyinlərinə götürən müsavatçı ana və bacılarımıza deyil, cəmiyyətdə sayı az olan siyasətçi xanımlara münasibətdə hörmətsizlik nümunəsi kimi tarixdə qalacaq. Müsavat rəhbərliyi bu addımla bir daha klassik müsavatçılıq ideologiyasından çox uzaqlaşdığını nümayiş etdirdi".

Qeyd edək ki, Müsavat Partiyası Xətai rayon təşkilatının sonuncu Şura iclasında E.Məmmədli partiya rəhbərliyinə qarşı addımlar atmaqda, Nizamnamə qaydalarını pozmaqda, Müsavatdakı istefaları təşkil etməkdə günahlandırılaraq partiya sıralarından xaric edilib.

Son xəbərlər

Orphus sistemi