​Qubad İbadoğlu: "Arif Hacılı qərargahda ola-ola görüşümüzə qatılmadı"

​Qubad İbadoğlu: "Arif Hacılı qərargahda ola-ola görüşümüzə qatılmadı" "Arif Hacılı gəlsəydi, təkcə mənimlə deyil, bütövlükdə müsavatçılarla müzakirələr aparardı"
Daxili siyasət
15 Noyabr , 2014 11:43
​Qubad İbadoğlu: Arif Hacılı qərargahda ola-ola görüşümüzə qatılmadı

Bakı. 15 noyabr. REPORT.AZ/ "Arif Hacılı da daxil olmaqla bütün müsavatçıları noyabrın 8-də görüşə dəvət etmişdim. Həmin vaxt Arif bəy qərargahda ola-ola görüşümüzə qatılmadı. Gəlsəydi, təkcə mənimlə deyil, bütövlükdə müsavatçılarla müzakirələr aparardı".

Bunu "Report"a açıqlamasında Müsavat Partiyasının başqanlığına sabiq namizəd Qubad İbadoğlu deyib.

O, qurultaydan sonrakı vəziyyətin müzakirəsi ilə bağlı Arif Hacılıdan görüş təklifi aldığını da qeyd edib: " Arif Hacılı tərəfindən mənə üç dəfə görüş təklif edilib. Həmin müddətlərdə məşğul olduğum üçün qatıla bilmədim. Biz təklif edəndə o gəlmədi. Gəlməməsinin səbəblərini bilmirəm".

Q.İbadoğlu A.Hacılının "Yaydıqları bəyanatda Müsavatda aylarla, hətta illərlə görünməyən, indi bu siyahıda elan etdikləri vəzifələrə aid funksiyaları uzun müddət yerinə yetirməyənlərin də adları var" fikrinə də münasibət bildirib: "Bəyanatda adları keçənlərlə bağlı qurultay öncəsi də müxtəlif fikirlər səsləndirirdilər. Onlar indi də partiyada fəaliyyətlərini davam etdirirlər. Həmin adamlar şərait yarananda partiya ilə bağlı məsələlərdə aktivlik nümayiş etdiriblər. Həmin insanların üstündən xətt çəkmək olmaz".

Müsavat Partiyasının başqanı Arif Hacılı deyib ki, Qubad İbadoğluna üç dəfə görüş təklif etsə də, o, görüşə qatılmayıb. A.Hacılı partiyada sülhün tərəfdarı olduğunu qeyd edib.

Son xəbərlər

Orphus sistemi