​QMİ sədri: Qarabağ münaqişəsi həll olunmayınca Qafqazda sülhdən danışmaq olmaz

​QMİ sədri: Qarabağ münaqişəsi həll olunmayınca Qafqazda sülhdən danışmaq olmaz QMİ-də Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüş keçirilib
Daxili siyasət
29 Aprel , 2015 22:21
​QMİ sədri: Qarabağ münaqişəsi həll olunmayınca Qafqazda sülhdən danışmaq olmaz

Bakı. 29 aprel. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başcılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, QMİ sədri şeyxülislam Allahşükür Paşazadə görüş zamanı bu səfərin ümumi işin uğur qazanmasına kömək edəcəyinə ümidvar olduğunu bildirib.

O, Azərbaycanda dövlət-din münasibətlərindən və dini dözümlülük ənənələrindən danışaraq deyib ki, ölkəmizdə müxtəlif konfessiyaların və icmaların nümayəndələri uzun əsrlər boyu dinc yanaşı yaşayıblar. Heç vaxt ksenofobiya və dini zəmində münaqişələr müşahidə olunmayıb.

A.Paşazadə deyib:

“Qanunlarımız digər azadlıqlarla bərabər, dini etiqad azadlığına da təminat verir. Burada məbədlər tikilir və bərpa edilir. Keçmiş Sovet İttifaqı dövründə cəmi 17 məscidimiz var idi. İndi isə onların sayı 2 mini ötüb. Bizdəki dinlərarası dialoqun dünyada analoqu yoxdur”.

Bununla belə, A.Paşazadə Qafqazdakı vəziyyətlə bağlı narahatlığını diqqətə çatdıraraq bildirib ki, bu yaxınlarda Ermənistan qondarma “erməni soyqırımının” 100 illiyini qeyd edib, halbuki onun özü təcavüzkardır və Azərbaycanın yeddi rayonunu işğal edib. Qarabağ münaqişəsi həll olunmayana qədər Qafqazda sülhdən danışmaq olmaz.

Səmimi qəbula görə təşəkkür edən H.Salber təmas xəttindəki vəziyyətdən narahatlıq keçirdiyini dilə gətirib. Xüsusi nümayəndə dini liderlərin Dağlıq Qarabağ münaqişəsinin həllində nə kimi rol oynadıqları və perspektivdə onların rolunu gücləndirmək üçün nə etmək lazım gəldiyi ilə maraqlanıb.

Görüşdə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard, xüsusi nümayəndənin siyasi məsələlər üzrə əlaqələndiriciləri Atanas Baltov və Tom Trayev iştirak ediblər.  

Son xəbərlər

Orphus sistemi