Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adları verilib.
Bu barədə "Report"un Qərb bürosu xəbər verir.
Məlumata görə, həmin küçələrə Vətən müharibəsi və ötən il sentyabrın 12-də düşmən təxribatının qarşısını alarkən canından keçən aşağıdakı 13 şəhidin adı verilib:
- şəhid baş leytenant Kazımov Yunis Qasım oğlu, şəhid leytenant Nağıyev Murad Mayıl oğlu, şəhid tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğlu, şəhid leytenant Yaqubov Mayis Rəhim oğlu, şəhid baş gizir Məmmədov Azər Mustafa oğlu, şəhid gizir Kərimov Azad Zakir oğlu, şəhid gizir Məmmədov Amid Müqabil oğlu, şəhid gizir İsmayılov Tahir Niyazi oğlu, şəhid çavuş İsgəndərov Pərvin Pərviz oğlu, şəhid kiçik çavuş Məmmədov Əhməd Nazim oğlu, şəhid çavuş Nəsibov Elməddin Yusif oğlu, şəhid əsgər Daşdəmirov Elfak Eltun oğlu, şəhid əsgər Omarov Elmar Elvar oğlu
Tapşırığa əsasən, yeni adlandırılmış küçələrdə qısa müddət ərzində ünvan lövhələri yerləşdiriləcək.
Qeyd edək ki, bundan əvvəl isə şəhid mayor Namiq Əhmədovun, şəhid kapitan İmamverdi İsmayılovun, şəhid baş leytenant Nəbi Hüseynovun, şəhid gizir Anar Nağıyevin, şəhid baş çavuş İsmayıl Qəsəbovun, şəhid kapitan Rövşən Pənahovun, şəhid baş leytenant Xaliddin Nəsibovun, şəhid leytenant Qismət Həməşəyevin, şəhid gizir Səbuhi Məmmədovun, şəhid gizir İlkin Şükürovun, şəhid kiçik gizir Röyal Mədətovun və şəhid əsgər Sakit Allahverdiyevin adı şəhərdəki 12 adsız küçəyə verilib.