Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır 2021-ci il yanvarın 30-da Ağdamda yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz fəaliyyətini dayandırır.
Daxili siyasət
18 Aprel , 2024 13:36
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır

2021-ci il yanvarın 30-da Ağdamda yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz fəaliyyətini dayandırır.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi İctimaiyyətlə Əlaqələr və Mətbuat müşaviri kontr-admiral Zeki Aktürk keçirdiyi brifinqdə danışıb.

Onun sözlərinə görə, Mərkəzin fəaliyyətinin dayandırılması istiqamətində Azərbaycan və Rusiya ilə koordinasiyalı qaydada iş aparılır:

“Digər tərəfdən, Türkiyə Cümhuriyyəti və Rusiya Federasiyası arasında imzalanan Memorandum əsasında Qarabağ bölgəsində atəşkəsə nəzarət və anlaşma şərtlərinin pozulmasının qarşısının alınması məqsədi ilə 2021-ci il yanvarın 30-da Ağdamda açılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətinin dayandırılmasına yönəlik Azərbaycan və Rusiya ilə koordinasiyalı qaydada iş aparılır".

Son xəbərlər

Orphus sistemi