Qarabağ və Şərqi Zəngəzurda işləyən əcnəbilərin sayı məlum olub

Qarabağ və Şərqi Zəngəzurda işləyən əcnəbilərin sayı məlum olub İşğaldan azad edilən ərazilərdə əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərin sayı məlum olub.
Daxili siyasət
27 Noyabr , 2023 15:28
Qarabağ və Şərqi Zəngəzurda işləyən əcnəbilərin sayı məlum olub

Qarabağ və Şərqi Zəngəzurda əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərin sayı məlum olub.

"Report"un sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidmətindən bildirilib ki, işğaldan azad olunmuş ərazilərdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün 2903 nəfər etibarlı iş icazəsinə malikdir.

Həmin şəxslər 15 ölkənin vətəndaşlarıdır. Onların sırasında Türkiyə vətəndaşları çoxluq təşkil edir.

Son xəbərlər

Orphus sistemi