​AXCP sədrinin sabiq müavini: "Milli Şuradan çıxarılmağımla bağlı qərar qəbul edilə bilər"

​AXCP sədrinin sabiq müavini: "Milli Şuradan çıxarılmağımla bağlı qərar qəbul edilə bilər" "Harada haqsızlıq varsa, oradan kənarlaşmaq olmaz"
Daxili siyasət
2 Mart , 2015 11:12
​AXCP sədrinin sabiq müavini: Milli Şuradan çıxarılmağımla bağlı qərar qəbul edilə bilər

Bakı. 2 mart. REPORT.AZ/ "Milli Şuradan getmək fikrim yoxdur. Orada fəaliyyətim davam edəcəyi təqdirdə, qurumun normal bir təşkilat kimi fəaliyyətinə dəstək verəcəm. Bununla bağlı təkliflərimi, fikirlərimi də açıqlayacam".

Bunu "Report"a açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin sabiq müavini, Milli Şuranın üzvü Razi Nurullayev deyib. O bildirib ki, Milli Şurada qərarların qəbul edilməsinə AXCP sədri Əli Kərimli də təsir edə bilir: "Ola bilər, mənim Milli Şuradan çıxarılmağımla bağlı məsələ qaldırılsın. Bunu dəqiq bilmirəm, amma gözləyirəm".

R.Nurullayev qeyd edib ki, harada haqsızlıq varsa, oradan kənarlaşmaq olmaz: "Əksinə, baş verənləri cəmiyyətə açıqlamaq, demokratik ab-hava yaradılması üçün mübarizə aparmaq lazımdır. AXCP-də də bu mövqedən çıxış etmişəm. Mən məcburən partiyadan istefa verdim".

Son xəbərlər

Orphus sistemi