​Prezidentə yazırlar: “Düşmənlə döyüşmək istəyirik!” - MƏKTUBLAR

​Prezidentə yazırlar: “Düşmənlə döyüşmək istəyirik!” - MƏKTUBLAR “Ordumuzun qüdrəti başımızı ucaldır”
Daxili siyasət
6 Aprel , 2016 11:02
​Prezidentə yazırlar: “Düşmənlə döyüşmək istəyirik!” - MƏKTUBLAR

Bakı. 6 aprel. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyevin ünvanına ölkədə və ölkədən kənarda yaşayan azərbaycanlılar adından cəbhə xəttində baş verənlərlə bağlı dəstək məktubları gəlməkdə davam edir. “Report”un xəbərinə görə, məktublarda vətəndaşlar son günlər cəbhə xəttində ermənilər üzərində qazanılmış qələbə münasibəti ilə Ali Baş Komandanı təbrrik edir, düşmənlə döyüşməyə hazır olduqlarını bildirirlər.

Lənkəran şəhərindən Abdulov Rövşən Höccət oğlu yazır: “Möhtərəm cənab Prezident. 1986-1988-ci illərdə Əfqanıstanda müharibədə iştirak etmişəm. Hərb sahəsində çoxlu təcrübəyə yiyələnmişəm. Lənkəranda olan Əfqanıstan müharibəsi iştirakçıları və mən Sizin əmrinizi gözləyirik. Biz torpaqlarımızın müdafiəsinə qalxmağa hər zaman hazırıq. Bu gün də hazırıq, sabah da hazırıq və son nəfəsimizə qədər də hazır olacağıq”.

Bakıda Yeganə Kamalzadə yazır: “Cənab Prezident, torpaqlarımızın azad edilməsi uğrunda göstərdiyiniz əzmkarlıq və qətiyyət üçün Sizə minnətdaram. Xalqımız Sizə inanir və Sizinlədir. Allah Sizi qorusun! Qələbə gününü və bununla bağlı ilk təbriki də Sizdən gözləyirik, cənab Ali Baş Komandanımız!”

Şəki sakini, hazırda türkiyədə təhsil alan Sədrəddin Məmmədov yazır: Möhtərəm Prezident, cənab Ali Baş Komandan. Mən Türkiyənin Ankara Universitetində təhsil alıram. Son günlər cəbhədə baş verən döyüşlərdə əsgərlərimizin şəhid olması xəbərini dərin kədər hissi ilə aldıq. Amma Ordumuzun düşmənə sarsıdıcı zərbələr endirməsi bizi sevindirdi.

Mən hazırda Türkiyədə olsam da Vətənim uğrunda döyüşməyi hər zaman özümə borc bilirəm. Yetər ki, əmr edin, cənab Ali Baş Komandan! Biz torpaqlarımızı düşmən tapdağından azad etməyi özümüzə şərəf bilirik. Biz gənclər Sizin əmrinizi gözləyirik”.

Bakının Binəqədi rayonundan Cəfərli Cəfər Əsəd oğlu yazır: “Hörmətli cənab Prezident, Ali Baş Komandan. Ordumuzun qoşunların təmas xəttində qazandığı qələbələr münasibətilə Sizi təbrik edirəm. Cənab Prezident xalq Sizə inanır və Sizin əmrinizi gözləyir.

Bir daha Sizi təbrik edirəm. İşlərinizdə müvəffəqiyyətlər arzulayıram”.

Bakının Xətai rayonundan Xəyalə Səmədova yazır: “Cənab Ali Baş Komandan,

Bu məktubu yazaraq Sizə minnətdarlığımı bildirmək istəyirəm. Bu çətin vəziyyətdə Sizə və xalqımıza səbir arzulayıram. Biz Sizə inanırıq və əminik ki, düşmən üzərində qələbə çalacağıq. Allah Sizi var etsin!”

Bakıdan Qarayeva Nərmin Rauf qızı yazır: “Cənab Ali Baş Komandan, əvvəla Vətən uğrunda şəhid olmuş əsgərlərimizə Allahdan rəhmət diləyirəm. Azərbaycanın işğal altındakı torpaqlarını düşməndən təmizləmək istiqamətində son günlərdə uğurla keçirilən əməliyyatlar məni çox sevindirir. Əminik ki, işğal altındakı Dağlıq Qarabağımız düşmən tapdağından uğurlu siyasətiniz sayəsində azad ediləcək. Yaşımın 15 olmasına baxmayaraq mən də əsgərlərimizlə birlikdə torpaqlarımızı işğaldan azad etmək istəyirəm. Öz ordumuza, ən əsası da Sizə güvənirik və hər an Vətən uğrunda canımızdan keçməyə hazırıq”.

Bakıdan məktəbli Yaşar Vəliyev yazır: “Hörmətli Prezident, cənab Ali Baş Komandan. Mən Ağdam rayonu 36 saylı məktəbin 11-ci sinif şagirdiyəm. Erməni təxribatlarının həmişə şahidi olmuşuq və mənfur düşmən indi də təxribatlarını davam etdirir. Son günlər Milli Ordumuzun erməni təxribatlarına tutarlı cavab verməsi hamımızı qürurlandırdı. Biz bu uğurlara ürəkdən sevinirik. İnanırıq ki, yaxın vaxtlarda işğal altındakı bütün rayonlarımız Sizin rəhbərliyiniz və qətiyyətinizlə azad ediləcək. Əminik ki, o gün uzaqda deyil.

Biz Prezidentimizlə fəxr edirik. Vətənimiz uğurunda, Sizin uğrunuzda döyüşməyə hər an hazırıq. Biz Vətənimizin və Sizin müsəlləh əsgərinizik”.

Zərdab rayonundan Rəhimov Vüqar Baxış oğlu yazır: “Cənab Prezident, son günlərdə ordumuzun düşmənə vurduğu sarsıdıcı zərbələr biz vətəndaşları çox sevindirir və qürurlandırır. Düşmənlə qəhrəmanlıqla döyüşən Azərbaycanın qeyrətli oğullarını Allah qorusun.

Cənab Ali Baş Komandanım, çıxışlarınızda dəfələrlə bildirmisiniz ki, erməni əsgərləri bizim torpaqlardan çıxmasalar, ordumuzun cavabı ağır olacaq. Amma düşmən buna məhəl qoymurdu və nəhayət, onlar qüdrətli Azərbaycan ordusunun gücünü gördü. Ordumuzun uğurları Sizin apardığınız uğurlu daxili və xarici siyasətin bəhrəsidir. Buna görə Sizə ailəmizin adından təşəkkür edirəm. Allah hər zaman Sizi qorusun! Allah Ulu Öndərimizin məkanını cənnətlik etsin. Əgər o dahi şəxsiyyət olmasaydı, Azərbaycan xəritədən silinəcəkdi. Bir daha cənab Ali Baş Komandanım, Sizə işlərinizdə uğurlar arzulayıram, zəfərləriniz hər zaman bol olsun.

Allah şəhidlərimizə rəhmət eləsin. Cənab Ali Baş Komandanım hər zaman əmrinizi gözləyirik ki, düşməni torpağımızdan axıra qədər qovaq”.

Bakıdan Sadiqov Asif Elşad oğlu yazır: “Hörmətli cənab Prezident. Əvvəla ordumuzun uğurları münasibətilə Sizi təbrik edirəm. Şəhidlərimizin ruhu şad olsun. Sizə və bütün Azərbaycan xalqına başsağlığı verirəm. Cənab Prezident, təmas xəttində ermənilərə belə layiqli cavab verdiyiniz üçün Sizə minnətdaram. Xahiş edirəm mənim ordu sıralarına qatılmağım üçün göstəriş verəsiniz”.

Bakıdan Hüseynov Şamxal Adil oğlu yazır: “Hörmətli Ali Baş Komandan, biz gənclər və bütün dünya azərbaycanlıları Sizinlə fəxr edirik. Ölkəmizdə, Vətənim Azərbaycanda, Qarabağımızda gedən döyüşlərdə düşmənə qarşı şücaətlə vuruşmaq mənim də arzum olub. Arzumdur ki, mən də Vətənə öz borcumu verim. Xahiş edirəm ki, bir vətəndaş olaraq mənim bu arzumu reallaşdırasınız və tapşırıq verəsiniz ki, məni silah-sursatla təmin etsinlər və mən də Vətənim Azərbaycanın, işğal olunmuş torpaqlarımızın müdafiəsində iştirak edim. Daha dözməyə səbrimiz qalmayıb”.

Bakıdan Nərmin Əzimzadə yazır: Hörmətli cənab Ali Baş Komandan.

Ordumuzun cəbhədə bir neçə strateji yüksəkliyi ələ keçirməsi münasibətilə Sizi təbrik edirəm. Bu anlarda özümü Qarabağda hiss edirəm. Biz bu uğurları Sizin rəhbərliyinizlə qazandıq.

Möhtərəm Prezident, mən də bir vətəndaş kimi Qarabağa döyüşə getməyi özümə borc bilirəm. Mənim dayım da Vətən uğrunda gedən döyüşlərdə şəhid olub. Ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə vuruşmaq hər bir gəncin arzusudur. Bizim arzumuz həm də Sizin komandanlığınızla torpaqlarımızı yağı düşməndən azad etməkdir. Bu yolda Sizə və Ordumuza uğurlar arzu edirik”.

Rusiya Federasiyasından (Samara) Namiq Cəfərov yazır: “Hörmətli cənab Prezident.

Siz belə çətin günlərdə Azərbaycanımızın ayaq üstə durması üçün əlinizdən gələni əsirgəmirsiniz. Vətənimizin çiçəklənməsi üçün mən də öz köməyimiz göstərməyə hazıram.

Son günlər cəbhədə baş verənlər barədə də məlumatlıyam. Ordumuzun qüdrəti başımızı ucaldır. Allahdan şəhidlərimizə rəhmət diləyirəm.

Cənab Ali Baş Komandan, tam əminik ki, Ordumuz zəfər çalacaq. Biz Rusiyada yaşasaq da əmrinizlə döyüşə getməyi səbirsizliklə gözləyirik”.

Türkiyənin Ərdəhan şəhərində yaşayanlar- NəsirliMaarif, XudaverdiyevTural, AlxasovQədir, AbdullayevEmin, İsayevElvin, ƏmirliElçin, Abbaszadə Abas, NəbiyevMəhəmməd, Nəsirov İsmayildövlətbaşçısınayazır: “HörmətlicənabPrezident.

AllahSizə və əsgərlərimizə köməkolsun. AzərbaycanOrdusununcəbhədəkiuğurları bizi çoxsevindirir. BizTürkiyədə təhsilalantələbələrolaraqsəfərbərlikəmrinizigözləyirik. Böyükhəvəslə cəbhədə gedəndöyüşlərdə iştiraketməyə hazırıq. İnşallah, şanlı bayrağımızı Qarabağdadalğalandıracağıq. Qarabağ bizimdirvə bizimolacaq”.

İsrailin Bat Yam şəhərində yaşayan Eyyubov Eyyub İbrahim oğlu yazır: “Hörmətli cənab Prezident.

Mən İsraildə yaşamağıma baxmayaraq, Azərbaycanda baş verənləri mətbuat vasitəsilə diqqətlə izləyirəm. Bir azərbaycanlı kimi Vətəni qorumaq, Dağlıq Qarabağımızı işğaldan azad etmək mənim borcumdur. Özüm İsraildə olsam da ürəyim Azərbaycandadır.

Möhtərəm Prezident, inanırıq ki, Sizin rəhbərliyinizlə ölkəmiz bu müharibədən qalib kimi ayrılacaq və bayrağımız daim yüksəklərdə dalğalanacaq. Allah Sizi və xalqımızı qorusun”.

Lerikdən Rzayev Bəhruz Seyfəddin oğlu yazır: “Hörmətli Ali Baş Komandan!

Bu günlər evdə televiziya və internet qarşısından məlumatlanmaq mənə çox ağır gəlir. Birbaşa cəbhədə gedən proseslərin içində olmaq istəyirəm. Mənfur düşmənlərimizə qarşı vuruşmağı özümə borc bilirəm. Bir Azərbaycan vətəndaşı kimi könüllü sürətdə cəbhə xəttinə yollanmaq fikrindəyəm. Əminəm ki, torpaqlarımızın düşmən tapdağı altında qalmasına tezliklə son qoyulacaq”.

Abşeron rayonundan Vəliyev Sənan Salman oğlu yazır: “Hörmətli cənab Prezident!

Biz hamımız Sizinlə qürur duyuruq. Allah Sizə can sağlığı, əliniz-qolunuza güc-qüvvət versin. Bu gücünüzlə, müdrik və uzaqgörən siyasətinizlə, elinizlə birlikdə düşmənə qalib gələcəyinizə inanırıq.

Siz xalqımıza, xalqımız da Sizə dayaqdır!”

Biləsuvar rayonunun Ağalıkənd kəndindən Cəfərov Nəriman Fərman oğlu yazır: “Hörmətli cənab Prezident.

Cəbhədə əldə olunmuş qələbələrə görə Sizi və Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Düşmənə vurulan sarsıdıcı zərbələr hər bir azərbaycanlını ürəkdən sevindirir. Mən də öz növbəmdə hər an köməkliyimi göstərməyə hazıram. Allahdan Sizə möhkəm cansağlığı arzu edirəm”.

Türkiyənin Ankara şəhərindən Duyar Bekir İsmail oğlu yazır: “Hörmətli Prezidentim.

Türkiyə vətəndaşı kimi, Azərbaycanımızın yanında olmaq, düşməniniz olan ermənilərə qarşı sizinlə çiyin-çiyinə vuruşmaqdan böyük şərəf duyaram”.

Qardaş ölkənin Afyonkarahisar şəhərindən İvecen Hava İbrahim qızı yazır: “Hörmətli cənab Prezident İlham Əliyev.

Bu məktubu yazmağımın səbəbi son günlərdə yaşadığımız hadisələrlə bağlı Sizə uğurlar arzulamaqdır. Qardaş xalqın nümayəndəsi olaraq, sizin sevincinizə də, kədərinizə də şərik olmaq istəyirəm.

Biz, dünyadakı bütün türk xalqları bir bədənin damarları kimiyik. Necə ki bütün damarlar birlikdə ürəyin fəaliyyətini təşkil edir və bədəni hərəkətə gətirirsə, biz türklər də dünyanın harasında olursaq-olaq birlikdə bir millət, adlı-sanlı türk millətiyik. Bu mənada bədənin bir yerindəki narahatlıq bütün insana təsir edirsə, türk dünyasının hər hansı bir yerində narahatlıq olanda, bu, hamımızın narahatlığı, sevinci isə hamımızın sevinci olur.

Məlumat üçün bildirim ki, Türkiyədə yaşayan türklər olaraq biz də terror bəlası və xarici ölkələrin qərəzli siyasəti ilə əlaqədar çətin anlar yaşayırıq. Amma siz bu çətin günlərimizdə bizi dəstəkləyirsiniz. Biz də bu hadisələrlə əlaqədar sizin yanınızda olduğumuzu bildirmək istəyirik. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Bir neçə məntəqəni işğaldan azad edən müzəffər Ordunuzun uğurlarının davamlı olmasını diləyirəm. Maddi və mənəvi olaraq, əlimizdən gəldiyi qədər sizin yanınızda olduğumuzu bilin. Allah hamımıza kömək olsun, bizim birliyimizi güclü etsin”.

Goranboydan Hüseynov İbrahimxəlil Dəmir oğlu yazır: “Hörmətli cənab Prezident, Ali Baş Komandan

Mən birinci Qarabağ müharibəsində sonadək fəal iştirak etmişəm, döyüşlərdə iki dəfə ağır yaralanmışam, ikinci qrup müharibə əliliyəm. Sizin cəsarətli və qətiyyətli çıxışınız hamı kimi məni də qürurlandırdı. Mən yenidən döyüşlərdə iştirak etmək istəyirəm.

Cənab Prezident Vətən uğrunda döyüşdə iştirak etmək hər bir azərbaycanlı üçün böyük şərəfdir”.

Son xəbərlər

Orphus sistemi