Bakı. 26 yanvar. REPORT.AZ/ Yanvarın 26-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfrans keçirilir. “Report”un xəbərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransın rəsmi açılışında iştirak edib.
Dövlət başçısı konfransda giriş nitqi söyləyib.
Sonra iqtisadiyyat naziri Şahin Mustafayev və sahibkarlar çıxış ediblər.
Prezident İlham Əliyev konfransda yekun nitqi söyləyib.
Rəsmi açılışdan sonra konfrans işini panel iclasları ilə davam etdirir.