Prezident İlham Əliyev Pirallahı qəsəbəsində aparılan abadlıq-quruculuq işləri ilə tanış olub

Prezident İlham Əliyev Pirallahı qəsəbəsində aparılan abadlıq-quruculuq işləri ilə tanış olub Qəsəbədə bazar, ticarət mərkəzləri və yanacaqdoldurma məntəqəsinin inşası nəzərdə tutulub
Daxili siyasət
15 Oktyabr , 2014 09:31
Prezident İlham Əliyev Pirallahı qəsəbəsində aparılan abadlıq-quruculuq işləri ilə tanış olub

Bakı. 15 oktyabr. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyev Pirallahı qəsəbəsində aparılan abadlıq-quruculuq işləri ilə tanış olub. “Report”un xəbərinə görə, prezidentə məlumat verilib ki, Pirallahı qəsəbəsində mərkəzi prospekt boyunca yaşayış binalarının fasadlarının təmirinə başlanılıb. Binaların fasadlarının yenilənməsi, giriş qapılarının və dam örtüyünün təmiri istiqamətində işlər aparılır, şəhərsalma və tikinti normalarına cavab verməyən kiçik və yarımçıq tikililər sökülür, ərazilər təmizlənərək abadlaşdırılır. Binalar təsdiq olunmuş layihə əsasında əsaslı təmir edilir.

Pirallahı qəsəbəsində sakinlərin rahatlığının təmin edilməsi məqsədilə bazar, ticarət mərkəzləri və yanacaqdoldurma məntəqəsinin inşası nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi