Prezident İlham Əliyev Sumqayıtda liftlərin təmiri üçün üç milyon yeddi yüz min manat ayırıb

Prezident İlham Əliyev Sumqayıtda liftlərin təmiri üçün üç milyon yeddi yüz min manat ayırıb ​Azərbaycan Prezidenti bununla bağlı sərəncam imzalayıb
Daxili siyasət
13 Oktyabr , 2015 17:39
Prezident İlham Əliyev Sumqayıtda liftlərin təmiri üçün üç milyon yeddi yüz min manat ayırıb

Bakı. 13 oktyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

"Report" xəbər verir ki, son illərdə Sumqayıt şəhərində çoxmənzilli binaların sakinlərinin yaşayış şəraitinin yaxşılaşdırılması, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, o cümlədən lift təsərrüfatının yenidən qurulması sahəsində müəyyən işlər görülüb: "Bu istiqamətdə tədbirlərin davam etdirilməsinin vacibliyini və əhalinin müraciətlərini nəzərə alaraq, Sumqayıt şəhərində lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi, dövlət mənzil fonduna aid olan çoxmənzilli binalarda istismara yararsız daha 76 liftin yeniləri ilə əvəz edilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Sumqayıt şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3,7 milyon (üç milyon yeddi yüz min) manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunan qaydada təmin etsin".

Son xəbərlər

Orphus sistemi