Prezident İlham Əliyev Şri-Lankalı həmkarını təbrik edib

Prezident İlham Əliyev Şri-Lankalı həmkarını təbrik edib "Müstəqillik günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm"
Daxili siyasət
4 Fevral , 2016 10:25
Prezident İlham Əliyev Şri-Lankalı həmkarını təbrik edib

Bakı. 4 fevral. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Maytripala Sirisenanı təbrik edib. "Report" xəbər verir ki, təbrik mətnində deyilir:

"Şri-Lanka Demokratik Sosialist Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. 

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Şri-Lanka xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".

Son xəbərlər

Orphus sistemi