Prezident İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət edib

Prezident İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət edib Dövlət başçısı “Əbədi məşəl” abidəsi önünə əklil qoyub
Daxili siyasət
20 Yanvar , 2015 10:10
Prezident İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət edib

Bakı. 20 yanvar. REPORT.AZ/ Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Qanlı Yanvar faciəsində həlak olanların əziz xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanını ziyarət edib. “Report” xəbər verir ki, Prezident İlham Əliyev “Əbədi məşəl” abidəsi önünə əklil qoyub.

Dövlət və hökumət rəsmiləri, Azərbaycandakı dini icmaların rəhbərləri, xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri də şəhidlərin əziz xatirəsini yad ediblər.

Son xəbərlər

Orphus sistemi