Prezident İlham Əliyev sabiq müdafiə nazirini “Şöhrət” ordeni ilə təltif edib

Prezident İlham Əliyev sabiq müdafiə nazirini “Şöhrət” ordeni ilə təltif edib Sabah sabiq nazirin 80 yaşı tamam olur
Daxili siyasət
21 Dekabr , 2015 18:43
Prezident İlham Əliyev sabiq müdafiə nazirini “Şöhrət” ordeni ilə təltif edib

Bakı. 21 dekabr. REPORT.AZ/ Prezident İlham Əliyev Dadaş Rzayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. “Report” xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının ictimai həyatındakı səmərəli fəaliyyətinə və gənclərin vətənpərvərlik tərbiyəsindəki xidmətlərinə görə Dadaş Qərib oğlu Rzayev “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Dadaş Rzayev 23 fevral 1993 - 17 iyun 1993 ilə tarixlərində Azərbaycanın müdafiə naziri olub. Sabah onun 80 yaşı tamam olur.

Son xəbərlər

Orphus sistemi