​Prezident İlham Əliyev jurnalistlər üçün yaşayış binasının tikintisinin davam etdirilməsi məqsədilə 5 milyon manat ayırıb

​Prezident İlham Əliyev jurnalistlər üçün yaşayış binasının tikintisinin davam etdirilməsi məqsədilə 5 milyon manat ayırıb Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb
Daxili siyasət
21 İyul , 2015 18:17
​Prezident İlham Əliyev jurnalistlər üçün yaşayış binasının tikintisinin davam etdirilməsi məqsədilə 5 milyon manat ayırıb

Bakı. 21 iyul. REPORT.AZ/ Prezident İlham Əliyev “Mətbuat işçiləri üçün yaşayış binasının tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. “Report” xəbər verir ki, sərəncamla Azərbaycan mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması üçün inşa olunan yaşayış binasının tikintisinin davam etdirilməsi məqsədilə 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi