​Prezident İlham Əliyev “Gəncəçay” park-bulvar kompleksi ilə tanış olub

​Prezident İlham Əliyev “Gəncəçay” park-bulvar kompleksi ilə tanış olub Burada 1,7 kilometr uzunluğunda velosiped yolu və iki velosiped dayanacağı inşa edilib
Daxili siyasət
17 Fevral , 2016 16:00
​Prezident İlham Əliyev “Gəncəçay” park-bulvar kompleksi ilə tanış olub

Bakı. 17 fevral. REPORT.AZ/ Fevralın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncəçay çayı boyunca yaradılan park-bulvar kompleksi ilə tanış olub. “Report”un xəbərinə görə, dövlət başçısına məlumat verilib ki, bulvar kompleksinin uzunluğu 1,2 kilometrdir. İnşasına 2014-cü ildə başlanılan və ümumi sahəsi 34 hektar olan bu kompleksdə istirahət üçün hərtərəfli şərait yaradılıb, geniş işıqlandırma işləri görülüb, 15 fəvvarə və müxtəlif kompozisiyalı 10 heykəl quraşdırılıb. Çayın məcrasının hər iki tərəfində betondan ümumi uzunluğu 2,4 kilometr olan istinad divarı tikilib. Bulvarda Bayraq Meydanı, “Əli və Nino” kompleksi, Mətbuat evi, Kitab evi, Uşaq Əyləncə və Ticarət Mərkəzi, altımərtəbəli və yeddimərtəbəli üç yaşayış binası, üç kafe, restoran və kinoteatr, açıq havada attraksionlar və digər sosial obyektlər inşa edilib. Burada 1,7 kilometr uzunluğunda velosiped yolu və iki velosiped dayanacağı inşa edilib, böyük monitor quraşdırılıb.

Bulvarın yuxarı hissəsindən keçən Azərbaycan Bayrağı küçəsi abadlaşdırılıb, 1,5 hektar ərazidə avtomobillər üçün dayanacaq inşa edilib. Bulvara yaxın ərazidə yerləşən üç yaşayış binası əsaslı təmir olunub. Bundan əlavə, bulvar kompleksində kanalizasiya, yağış suları ötürücüsü və içməli su təchizatı sistemi əsaslı şəkildə yenidən qurulub.

Son xəbərlər

Orphus sistemi