​Prezident İlham Əliyev Əmlak Məsələləri Dövlət Komitəsinin yeni Mərkəzinin açılışında iştirak edib - FOTO

​Prezident İlham Əliyev Əmlak Məsələləri Dövlət Komitəsinin yeni Mərkəzinin açılışında iştirak edib - FOTO Dövlət başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsib
Daxili siyasət
5 Dekabr , 2015 11:31
​Prezident İlham Əliyev Əmlak Məsələləri Dövlət Komitəsinin yeni Mərkəzinin açılışında iştirak edib - FOTO

Bakı. 5 dekabr. REPORT.AZ/ Dekabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin açılışında iştirak edib. “Report”un xəbərinə görə, dövlət başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.

Mərkəzdə yaradılan şəraitlə tanış olan Azərbaycan Prezidentinə daşınmaz əmlakın qeydiyyatı, kadastrı və idarəedilməsi, torpaqların elektron uçotu, ünvan reyestri informasiya sistemləri və elektron kadastr məlumat bazası barədə məlumat verilib.

Son xəbərlər

Orphus sistemi