Prezident İlham Əliyev dövlət müəssisələrinə yeni iş yerləri açmaq üçün tapşırıq verib

Prezident İlham Əliyev dövlət müəssisələrinə yeni iş yerləri açmaq üçün tapşırıq verib "Vergi və gömrük orqanlarının fəaliyyəti tam şəffaf olmalıdır"
Daxili siyasət
26 Yanvar , 2016 14:44
Prezident İlham Əliyev dövlət müəssisələrinə yeni iş yerləri açmaq üçün tapşırıq verib

Bakı. 26 yanvar. REPORT.AZ/ "Biz fəxr edirik ki, qısa müddət ərzində 1 milyon daimi iş yeri açılıb. Amma əhali də artır. Bizim əmək resusrlarımız kifayət qədər böyükdür. Sovet dövründə də belə olub. Bu, çox ciddi məsələdir. Çox şadam ki, əhali artır. Ancaq iqtisadiyyat, infrastruktur, iş yerləri buna uyğun şəkildə artırılmalıdır".

"Report"un xəbərinə görə, bunu Prezident İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışında deyib.

Prezident bildirib ki, hökumət bu məsələlərlə bağlı ciddi işləməlidir, uzunmüddətli plan tərtib edilməlidir, əmək resurslarının işlə təmin edilməsi üçün addımlar atılmalıdır.

Son 12 ildə Azərbaycanda 70 mindən çox müəssisənin yaradıldığını deyən Prezident İlham Əliyev sahibkaraları da yeni iş yerlərinin yaradılmasında fəal olmağa çağırıb.

Prezident məşğulluq idarələrinə müraciət edənlərin işlə təmin olunması üçün dövlət müəssisələrində yeni vakansiyaların açılması ilə bağlı tapşırıqlarını verib, özəl sektorun da bu faktoru nəzərə almasının vacibliyini vurğulayıb.

İlham Əliyev deyib ki, biznes və investisiya mühitinin yaxşılaşdırılması ilə bağlı məsələlər diqqət mərkəzində saxlanılmalı, vergi və gömrük orqanlarını fəaliyyəti tam şəffaf olmalıdır: "Hələ ki, görüləsi işlər çoxdur, qüsurlar var, onlar aradan qaldırılır. 2016-cı il bu istiqamətdə həlledici rol oynayacaq. Bu il biz bütün maliyyə, iqtisadi sistemimizi inkişaf etmiş ölkələrin təcrübəsinə əsasən təşikil etməliyik. Burada, əlbəttə ki, uçot və statistika xüsusi yer tutur".

Son xəbərlər

Orphus sistemi