Prezident İlham Əliyev ​Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinə yeni rəis təyin edib

Prezident İlham Əliyev ​Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinə yeni rəis təyin edib İlqar Əziz oğlu Mustafayev bu vəzifəyə təyinat alıb
Daxili siyasət
16 May , 2015 09:17
Prezident İlham Əliyev ​Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinə yeni rəis təyin edib

Bakı. 16 may. REPORT.AZ Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinə yeni rəis təyin edib. 

"Report" xəbər verir ki, dövlət başçısının mayın 15-də imzaladığı sərəncamla İlqar Əziz oğlu Mustafayev Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinə yeni rəisi təyin olunub. 

Qeyd edək ki, Prezident İlham Əliyev mayın 4-də Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin əvvəlki rəisi Rəşad Rəfael oğlu Məmmədovu vəzifəsindən azad edib. R.Məmmədov işdən çıxarıldıqdan sonra həbs olunub. O, hazırda Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılır. 

Son xəbərlər

Orphus sistemi