​Prezident İlham Əliyev DİN-in qurumları üçün yeni alınan avtomobillərin istifadəyə verilməsi mərasimində iştirak edib

​Prezident İlham Əliyev DİN-in qurumları üçün yeni alınan avtomobillərin istifadəyə verilməsi mərasimində iştirak edib General-polkovnik Ramil Usubov Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə raport verib
Daxili siyasət
10 Fevral , 2015 17:59
​Prezident İlham Əliyev DİN-in qurumları üçün yeni alınan avtomobillərin istifadəyə verilməsi mərasimində iştirak edib

Bakı. 10 fevral. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Azadlıq meydanında Daxili İşlər Nazirliyinin müxtəlif qurumları, o cümlədən yol polisi əməkdaşları üçün yeni alınan və müasir avadanlıqla təchiz edilən avtomobillərin istifadəyə verilməsi mərasimində iştirak edib. “Report”un xəbərinə görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə raport verib.

Qeyd edək ki, post-patrul, növbətçi hissə və çevik polis alayı, o cümlədən yol polisi əməkdaşları üçün “Fiat Doblo” və “BMW” markalı avtomobillər alınıb. Ümumilikdə yol polisi əməkdaşları üçün 400, digər qurumların əməkdaşları üçün isə 300 avtomobil alınıb. Avtomobillərin hər biri yeni və müasir avadanlıqla təchiz edilib, e-patrol sistemi quraşdırılıb. Sistem yol-patrul xidməti (YPX) avtomobilinin həm dayandığı, həm də hərəkət etdiyi hallarda fəaliyyət göstərir. Sistemin üzərində nömrəoxuma, ümumi müşahidə kameraları, gecə görüntüsü üçün 30 metr mənzili olan “infrared” işıqlandırma sistemi və GPS modulu quraşdırılıb. Avtomobildə daxili kompyuter qurğusu mövcuddur ki, nömrəoxuma prosesi həmin kompyuterdə aparılır. Sistem nömrəoxuma kameraları vasitəsilə üzərində quraşdırıldığı YPX avtomobilinin yerləşdiyi zolaqdan 2 zolağadək sağda, 2 zolağadək solda hərəkət edən və ya dayanmış nəqliyyat vasitələrinin nömrə nişanlarını və sürətlərini oxumaq imkanına malikdir. Həmçinin YPX avtomobilinə perpendikulyar istiqamətdə sağ və sol tərəflərdə parklanmış nəqliyyat vasitələrinin də nömrə nişanları oxunur. E-patrol sistemi tərəfindən nömrəsi və sürəti oxunmuş nəqliyyat vasitələri barədə məlumatlar tarix, saat, eləcə də GPS koordinatı da əlavə edilməklə mərkəzi serverdə arxivləşdirilir. Həmçinin nömrəsi oxunan hər bir nəqliyyat vasitəsinin axtarışda olub-olmaması, cərimə ödənişlərini uzun müddət gecikdirməsi və digər məlumatlar real vaxt rejimində sorğulanaraq YPX avtomobilində quraşdırılmış bort kompyuter qurğusuna ötürülür. Sürət həddini aşmış nəqliyyat vasitələri barədə məlumatlar da Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə göndərilir.

Qeyd edilib ki, saxlanılan şəxslərin daşınması üçün “Mercedes” markalı 20 mikroavtobus alınıb.

Prezident İlham Əliyev mikroavtobuslarla da tanış olub.

Son xəbərlər

Orphus sistemi