Prezident İlham Əliyev “Baku Sport City”də, Su İdmanı Sarayında və Dövlət Bayrağı Meydanının ərazisində inşaat işlərinin gedişi ilə tanış olub

Prezident İlham Əliyev “Baku Sport City”də, Su İdmanı Sarayında və Dövlət Bayrağı Meydanının ərazisində inşaat işlərinin gedişi ilə tanış olub Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Dövlət Bayrağı Meydanı ərazisinə gəliblər
Daxili siyasət
23 Dekabr , 2014 16:07
Prezident İlham Əliyev “Baku Sport City”də, Su İdmanı Sarayında və Dövlət Bayrağı Meydanının ərazisində inşaat işlərinin gedişi ilə tanış olub

Bakı. 23 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycanın birinci xanımı, “Bakı 2015” Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva ailə üzvləri ilə birlikdə “Baku Sport City”də, Su İdmanı Sarayında və Dövlət Bayrağı Meydanının ərazisində həyata keçirilən inşaat işlərinin gedişi ilə tanış olublar. “Report”un məlumatına görə, “Baku Sport City”də həyata keçirilən inşaat işlərinin gedişi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Dövlət Bayrağı Meydanı ərazisinə gəliblər.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva meydanın ətrafında yaradılan yeni mədəniyyət və incəsənət obyektləri, o cümlədən sərgi salonlarında aparılan tikinti işlərinə baxdılar, ictimai yerlər və xiyabanlar, insanların rahatlığı və istirahəti üçün yaradılan gəzinti yerlərində yenidənqurma və təmir işlərinin gedişi ilə tanış olublar.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Dövlət Bayrağı Meydanı ərazisində həyata keçirilən işlərlə yaxından tanış olublar.

Dövlət başçısı görülən işlərlə bağlı müvafiq tapşırıqlarını verib.

Son xəbərlər

Orphus sistemi