Prezident İlham Əliyev Bakı Olimpiya Stadionu ətrafında inşası davam etdirilən yol-nəqliyyat infrastrukturunun tikintisi ilə tanış olub

Prezident İlham Əliyev Bakı Olimpiya Stadionu ətrafında inşası davam etdirilən yol-nəqliyyat infrastrukturunun tikintisi ilə tanış olub Dövlət başçısı inşaat işlərinin yüksək səviyyədə aparılması ilə bağlı tapşırıqlarını verib
Daxili siyasət
18 Mart , 2015 17:45
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionu ətrafında inşası davam etdirilən yol-nəqliyyat infrastrukturunun tikintisi ilə tanış olub

Bakı. 18 mart. REPORT.AZ/ Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Olimpiya Stadionu ətrafında inşası davam etdirilən yol-nəqliyyat infrastrukturunun tikintisi ilə tanış olub. “Report”un xəbərinə görə, nəqliyyat naziri Ziya Məmmədov dövlət başçısına məlumat verib ki, Həsən Əliyev küçəsi-Ziya Bünyadov prospekti-Olimpiya Stadionu avtomobil yolunun birinci hissəsində tikinti işləri qrafik üzrə davam etdirilir. Layihə çərçivəsində işlərin böyük hissəsi görülüb. Çəkilən ikinci yolun ümumi uzunluğu 1 kilometrdir və onun hərəkət hissəsi 2-6 zolaqlıdır. Yol boyunca 3 körpü inşa olunub. Birinci körpünün uzunluğu 205, ikinci körpünün uzunluğu 176 metr, piyadalar üçün nəzərdə tutulan üçüncü körpünün uzunluğu isə 143 metrdir. Bundan başqa, uzunluğu 900 metrə yaxın olan piyada keçidi də inşa edilib, iki tunel tikilib.

Azərbaycan Prezidentinə Həsən Əliyev küçəsi-Ziya Bünyadov prospekti-Olimpiya Stadionu avtomobil yolunun ikinci hissəsində görülən işlərlə də bağlı məlumat verilib.

Diqqətə çatdırılıb ki, layihə çərçivəsində ümumi uzunluğu 5 kilometrə yaxın yol çəkilib. Bu yol boyunca da bir körpü və iki tunel tikilib. Tuneldən keçən yollar Bakı Olimpiya Stadionu ilə Olimpiya şəhərciyini birləşdirib.

Prezident İlham Əliyev inşaat işlərinin yüksək səviyyədə aparılması ilə bağlı tapşırıqlarını verib.

Son xəbərlər

Orphus sistemi