​Prezident İlham Əliyevə Mətbuat Şurasının xüsusi mükafatı təqdim olunub - ƏLAVƏ OLUNUB

​Prezident İlham Əliyevə Mətbuat Şurasının xüsusi mükafatı təqdim olunub - ƏLAVƏ OLUNUB Jurnalistlər yüksək diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıq ediblər
Daxili siyasət
21 İyul , 2015 13:09
​Prezident İlham Əliyevə Mətbuat Şurasının xüsusi mükafatı təqdim olunub - ƏLAVƏ OLUNUB

*** 12:21

Bakı. 21 iyul. REPORT.AZ/ İyulun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli mətbuatın yaradılmasının 140 illiyi münasibətilə Mətbuat Şurasının üzvləri ilə görüşüb. “Report”un xəbərinə görə, Azərbaycanın milli maraqlarının qorunmasındakı qətiyyətli mövqeyinə görə dövlət başçısına Mətbuat Şurasının xüsusi mükafatı təqdim olunub.

Prezident İlham Əliyev milli mətbuatın yaranmasının 140 illiyi münasibətilə Azərbaycan jurnalistlərini və xalqını təbrik edib, bayram ərəfəsində bir çox jurnalistlərin orden, medal və fəxri adlarla təltif olunduğunu xatırladıb. “Biz fəxr edə bilərik ki, milli mətbuatımızın böyük tarixi var və ancaq müstəqillik dövründə Azərbaycan mətbuatı tam azad və müstəqil şəkildə fəaliyyət göstərib”, - deyən Prezident İlham Əliyev 1998-ci ildə ulu öndər Heydər Əliyevin Fərmanı ilə ölkədə senzuranın ləğv edildiyini və bunun mətbuat tarixində yeni dövr açdığını bildirib. Bu gün mətbuatın inkişaf baxımından yeni səviyyəyə qalxdığını deyən dövlət başçısı artıq 12 ildir fəaliyyət göstərən Mətbuat Şurasının işini yüksək qiymətləndirib. Ölkədə mətbuatın inkişafı ilə əlaqədar islahatların uğurla aparıldığını deyən Prezident İlham Əliyev bildirib ki, Azərbaycan bundan sonra da demokratiyanın inkişafı yolu ilə gedəcək. Bu gün ölkədə azad cəmiyyətin formalaşmasını, cəmiyyətdə gedən prosesləri yüksək qiymətləndirən dövlətimizin başçısı bu məsələdə mətbuatın rolunun əhəmiyyətli olduğunu diqqətə çatdırıb. Prezident İlham Əliyev bu gün ölkədə yüzlərlə qəzet-jurnalın, televiziya kanalının fəaliyyət göstərdiyini, ölkənin tam müstəqil siyasət yürütdüyünü, bunun təməlində isə xalqın maraqlarının dayandığını deyib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov milli mətbuatın keçdiyi şərəfli yola nəzər saldı, ulu öndər Heydər Əliyevin medianın inkişafı ilə bağlı həyata keçirdiyi tədbirləri xatırladıb. Dövlət başçısının ölkənin inkişafı, cəmiyyətdə vətənpərvərlik ideyalarının möhkəmlənməsindəki xidmətlərinin media təmsilçiləri tərəfindən də yüksək qiymətləndirildiyini deyən Əflatun Amaşov milli mətbuatın yaradılmasının 140 illiyi ərəfəsində media təmsilçilərinin bir qrupunun fəxri adlarla təltif olunmasına görə jurnalistlər adından dövlət başçısına minnətdarlıq edib.

Əflatun Amaşov Azərbaycanın milli maraqlarının qorunmasındakı qətiyyətli mövqeyinə görə Prezident İlham Əliyevin Mətbuat Şurasının xüsusi mükafatı ilə təltif olunduğunu deyib və mükafatı dövlət başçısına təqdim edib.

Mətbuat Şurasının İdarə Heyətinin üzvləri Akif Aşırlı və Umud Rəhimoğlu da Azərbaycan mətbuatının inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq ediblər.

Dövlət başçısı çıxışlarda səslənən təkliflərə baxılacağını və medianın inkişafı ilə bağlı tədbirlərin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb.

Sonra Prezident İlham Əliyev Mətbuat Şurası İdarə Heyətinin sədri Əflatun Amaşov və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərliyə III dərəcəli “Vətənə xidmətə görə” ordenini, MŞ İdarə Heyətinin digər üzvləri - Rauf Arifoğlu və Azər Həsrətə isə “Əməkdar jurnalist” vəsiqəsi və medalını təqdim edib.

Son xəbərlər

Orphus sistemi