Prezident İlham Əliyev 2014-cü il dövlət büdcəsinin icrası haqqında qanunu imzalayıb

Prezident İlham Əliyev 2014-cü il dövlət büdcəsinin icrası haqqında qanunu imzalayıb 2014-cü il dövlət büdcəsinin icrası gəlirlər 18 400 565,2 min manat, xərclər 18 709 000,0 min manat məbləğində olmaqla təsdiq edilib
Daxili siyasət
9 İyun , 2015 18:21
Prezident İlham Əliyev 2014-cü il dövlət büdcəsinin icrası haqqında qanunu imzalayıb

Bakı. 9 iyun. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin icrası haqqında qanunu imzalayıb. 

"Report"un məlumatına görə, Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin icrası gəlirlər 18 400 565,2 min manat, xərclər 18 709 000,0 min manat məbləğində olmaqla təsdiq edilib.

Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin gəlirlər və xərclər üzrə göstəriciləri aşağıdakı kimi qəbul edilib: 

Sıra№-si Göstəricilər Məbləğ(manatla)
Gəlirlər 18 400 565 231
1. Fiziki şəxslərin gəlir vergisi 980 344 191
2. Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi 2 302 479 166
3. Hüquqi şəxslərin torpaq vergisi 35 399 876
4. Hüquqi şəxslərin əmlak vergisi 141 275 706
5. Əlavə dəyər vergisi 3 119 578 003
5.1. Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə əlavə dəyər vergisi 1 070 960 575
6. Sadələşdirilmiş vergi 153 395 444
7. Aksiz 797 328 833
7.1. Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə aksiz 57 035 915
8. Yol vergisi 39 182 860
8.1. Xarici dövlətlərin avtonəqliyyat vasitələri sahibləri tərəfindən ödənilən yol vergisi 16 868 240
9. Mədən vergisi 116 162 327
10. Gömrük rüsumları 365 894 297
11. Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən daxilolmalar 313 240 506
12. Büdcədən verilmiş kreditlər üzrə daxilolmalar 1 994 278
13. Azərbaycan Respublikasının dövlət zəmanəti ilə kredit təşkilatlarından alınmış kreditlər üzrə daxilolmalar 2 194 402
14. Xarici dövlətlərin hökumətlərinə verilmiş kreditlər üzrə daxilolmalar 6 517 895
15. Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər 270 000
16. Vahid xəzinə hesabının qalığının (sərbəst qalığın) idarəetməyə verilməsindən daxilolmalar 5 606 748
17. Dövlət Neft Fondundan daxilolmalar 9 337 000 000
18. Dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmalar 7 347 314
19. Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalar 4 279 321
20. Aksiz markaların satışından daxilolmalar 3 982 617
21. Dövlət rüsumu 111 121 849
22. “Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu”na bərpa edilməsi üzrə daxilolmalar 4 684 347
23. Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar 207 261 675
24. Vergi orqanlarının xətti ilə toplanan sair daxilolmalar 144 477 640
25. Sair daxilolmalar 199 545 936
Xərclər 18 708 999 987
1. Ümumi dövlət xidmətləri 1 425 478 362
1.1. qanunvericilik və icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının saxlanılması xərcləri 449 695 542
1.2. beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqqı xərcləri 134 158 393
1.3. elm xərcləri 124 189 268
1.4. başqa kateqoriyalara aid edilməyən ümumi dövlət xidməti xərcləri 49 608 794
1.5. dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclər 378 935 315
1.6. yerli (bələdiyyə) büdcələrə verilən dotasiya 5 191 050
1.7. Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiya 283 700 000
2. Müdafiə 1 516 088 211
2.1. müdafiə qüvvələri 1 396 033 908
2.2. milli təhlükəsizlik 114 350 473
2.3. müdafiə və təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar 2 602 212
2.4. digər kateqoriyalara aid edilməyən xərclər 3 101 618
3. Məhkəmə hakimiyyəti, hüquqmühafizə və prokurorluq 1 103 554 416
3.1. məhkəmə hakimiyyəti 47 559 399
3.2. Hüquqmühafizə 883 540 698
3.3. prokurorluq 53 145 695
3.4. digər kateqoriyalara aid edilməyən xidmətlər 119 308 624
4. Təhsil 1 553 864 912
4.1. məktəbəqədər və ibtidai təhsil 158 855 348
4.2. natamam və orta təhsil 822 070 853
4.3. internat və xüsusi məktəblər 38 060 214
4.4. texniki-peşə məktəbləri və liseylər 67 434 792
4.5. ali təhsil 160 611 982
4.6. təhsil sahəsində tətbiqi tədqiqatlar 3 436 586
4.7. təhsil sahəsində digər xidmətlər 303 395 137
5. Səhiyyə 665 312 025
5.1. poliklinikalar və ambulatoriyalar 103 798 257
5.2. xəstəxanalar 348 630 455
5.3. səhiyyə sahəsində digər xidmətlər 6 019 328
5.4. səhiyyə sahəsində tətbiqi tədqiqatlar 3 998 958
5.5. səhiyyə sahəsinə aid edilən digər xidmətlər 202 865 027
6. Sosial müdafiə və sosial təminat 1 971 168 916
6.1. sosial müdafiə xərcləri 1 946 802 359
6.1.1. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna dövlət büdcəsindən ayırmalar (transfert) 1 142 033 600
6.2. sosial təminat xərcləri 24 366 577
7. Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət 294 045 914
7.1. mədəniyyət və incəsənət sahəsində fəaliyyət 130 191 262
7.2. radio, televiziya və nəşriyyat 66 016 557
7.3. bədən tərbiyəsi, gənclər siyasəti və turizm 45 479 329
7.4. digər kateqoriyalara aid edilməyən fəaliyyət 52 358 766
8. Mənzil və kommunal təsərrüfatı 417 118 213
8.1. mənzil təsərrüfatı 97 928 631
8.2. kommunal təsərrüfatı 305 084 348
8.3. su təsərrüfatı 13 589 531
8.4. mənzil və kommunal təsərrüfatı ilə bağlı digər xidmətlər 515 703
9. Yanacaq və enerji 2 145 125
9.1. enerji kompleksi 2 145 125
10. Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi 504 760 448
10.1. kənd təsərrüfatı 479 873 908
10.2. meşə təsərrüfatı 11 341 257
10.3. balıqçılıq və ovçuluq 2 765 717
10.4. ətraf mühitin mühafizəsi 4 116 043
10.5. hidrometeorologiya tədbirləri 6 663 523
11. Sənaye, tikinti və faydalı qazıntılar 6 278 461 448
11.1. sənaye 2 000 000
11.2. tikinti 6 259 482 847
11.2.1. dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) 6 256 706 719
11.3. faydalı qazıntılar 16 978 601
12. Nəqliyyat və rabitə 88 226 266
12.1. nəqliyyat 80 403 822
12.2. rabitə 7 822 444
13. İqtisadi fəaliyyət 307 999 581
13.1. iqtisadi və kommersiya fəaliyyəti 242 383 554
13.1.1. sahibkarlığa dəstək 202 383 554
13.1.2. ipotekaya dəstək 40 000 000
13.2. iqtisadi fəaliyyətin digər sahələri 63 616 027
13.3. iqtisadi fəaliyyət sahələri üzrə təcrübə və tətbiqi tədqiqatlar 2 000 000
14. Əsas bölmələrə aid edilməyən xidmətlər 2 580 776 150
14.1. məqsədli büdcə fondları 524 815 000
14.1.1. “Avtomobil Yolları” Məqsədli Büdcə Fondu 214 000 000
14.1.2 “Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu” 310 815 000
14.2. ehtiyat fondları 697 040 595
14.2.1. Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondu 366 186 340
14.2.2. Dövlət büdcəsinin Ehtiyat Fondu 330 854 255
14.3. əsas bölmələrə aid edilməyən sair xərclər 1 358 920 555
14.3.1. xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər 1 171 999 167
14.3.2. digər xidmətlər üzrə xərclər 179 258 554
14.3.3. 2014-cü ildə xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə yaranan fərq məbləği 7 662 834
Büdcə kəsiri 308 434 756
2015-ci il 1 yanvar tarixə dövlət büdcəsinin vahid xəzinə hesabında qalığı 1 728 622 300

2014-cü il dövlət büdcəsinin icrası nəticəsində həmin ilin sonuna dövlət büdcəsinin vahid xəzinə hesabında yaranan qalıq (sərbəst qalıq) 2015-ci il dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsinə və dövlət borcuna xidmətlə bağlı yarana biləcək xərclərin ödənilməsinə yönəldilib.

Son xəbərlər

Orphus sistemi