Prezident Avstraliya general-qubernatoruna məktub yazıb

Prezident Avstraliya general-qubernatoruna məktub yazıb Dövlət başçısı məktubda Avstraliya xalqını təbrik edib
Daxili siyasət
24 Yanvar , 2015 20:18
Prezident Avstraliya general-qubernatoruna məktub yazıb

Bakı. 24 yanvar. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyev Avstraliya İttifaqının general-qubernatoru Piter Kosqroyva təbrik məktubu ünvanlayıb.

"Report" xəbər verir ki, məktubda bildirilir:

"Hörmətli general-qubernator, ölkənizin milli bayramı – Avstraliya günü münasibətilə sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Bu gün Azərbaycan-Avstraliya münasibətləri yeni inkişaf mərhələsinə daxil olub. Ölkələrimiz arasında intensivləşən siyasi əlaqələr iqtisadi və humanitar sahələrdə əməkdaşlığımızın genişlənməsi üçün yaxşı imkanlar açmışdır. Ümidvaram ki, Azərbaycan ilə Avstraliya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda qarşılıqlı səylərimizi bundan sonra da davam etdirəcəyik.

Bu bayram günündə sizə ən xoş arzularımı yetirir, dost Avstraliya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Son xəbərlər

Orphus sistemi