Polis Akademiyasında beynəlxalq elmi-praktiki konfrans keçirilib

Polis Akademiyasında beynəlxalq elmi-praktiki konfrans keçirilib Konfransın yekununda Bəyannamə qəbul edilib
Daxili siyasət
1 Mart , 2016 19:45
Polis Akademiyasında beynəlxalq elmi-praktiki konfrans keçirilib

Bakı. 1 mart. REPORT.AZ/ Daxili İşlər Nazirliyinin Polis Akademiyasında AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun və Polis Akademiyasının birgə təşkilatçılığı, respublikanın hüquq-mühafizə orqanları və ali təhsil müəssisələri nümayəndələrinin iştirakı ilə “Ailə-məişət zorakılığının sosial-psixoloji, cinayət-hüquqi və kriminoloji problemləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.

Bu barədə "Report"a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə insan hüquq və azadlıqlarına real təhlükə yaradan, həmçinin cinayətkarlığın inkişafına təkan verən sosial-neqativ halların daha təhlükəli formalarından birinin ailə-məişət zorakılığının olması nəzərə alınmaqla, bu sahədə aktual problemlərin elmi-tədqiqi və profilaktikasıın bir sıra istiqamətləri geniş şəkildə müzakirə olunub.

Konfransda Rusiya Federasiyasının və Türkiyə Respublikasının tanınmış hüquqşünas alimləri və bu sahədə çalışan mütəxəssisləri, həmçinin, Milli Məclisin deputatları, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Respublika Baş Prokurorluğunun, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının, Konstitusiya Məhkəməsinin, Xəzər Rayon İcra Hakimiyyətinin, Bakı Dövlət Universitetinin, Milli Aviasiya Akademiyasının, Gömrük Akademiyasının, Vergilər, Ədliyyə nazirliklərinin, Ədliyyə Akademiyasının, Məhkəmə Ekspertizası Mərkəzinin məsul əməkdaşları iştirak ediblər.

Maraqlı çıxışlar və diskussiyalarla yadda qalan beynəlxalq elmi-praktik konfransda ailə-məişət zorakılığının sosial-psixoloji, cinayət-hüquqi və kriminoloji problemlərinin tədqiqinin nəticələri ilə bağlı Bəyannamə qəbul edilib.

Son xəbərlər

Orphus sistemi